Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Kiyevlə sülh sazişini razılaşdırmışdı, ancaq... - Putin

© Sputnik / Mikhail Metzel / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 05.09.2024
Abunə olmaq
Rusiya lideri bildirib ki, hazırkı Ukrayna münaqişəsi 2014-cü ildə Ukraynada qanlı dövlət çevrilişi ilə başlayıb və bu gün onun səbəblərini xatırlamamağa üstünlük verirlər.
BAKI, 5 sentyabr — Sputnik. Ümumdünya İqtisadi Forumunda keçirilən plenar iclasda Boris Consonun Ukraynaya səfərindən əvvəl Rusiya Kiyevlə mümkün sülh razılaşmasının demək olar ki, bütün parametrlərinə nail olmuşdu. Bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda bildirib.

"Biz Kiyevin hökumət nümayəndələri ilə mümkün sülh sazişinin demək olar ki, bütün parametrlərinə nail olmuşduq, bütün bu parametrləri razılaşdırmışıq. Rada bu razılaşmaları təsdiqlədi,bəzi şeyləri yekunlaşdırmaq lazım idi, amma cəab Conson gəldi və o, ukraynalılara son ukraynalıya qədər döyüşməyi tapşırıb. Britaniya hökuməti də bunu inkar etmir", - Putin bildirib.

Vladimir Putin bildirib ki, hazırkı Ukrayna münaqişəsi 2014-cü ildə Ukraynada qanlı dövlət çevrilişi ilə başlayıb və bu gün onun səbəblərini xatırlamamağa üstünlük verirlər.
"Sizə xatırlatmaq istəyirəm ki, bu münaqişə 2014-cü ildə Ukraynada dövlət çevrilişi ilə başlayıb. Axı, hər şey buradan başlayıb, bizə həmişə insan haqları, beynəlxalq hüququn bəzi prinsipləri haqqında danışırlar, amma bəs bu nədir ? Amma nə baş verdiyini bilirik xalqın bir hissəsi çevrilişlə razılaşmayaraq, öz hüquqlarını müdafiə etməyə başlamadı", - Putin bildirib.
Rusiya prezidenti qeyd edib ki, Ukraynanın danışıqlar aparmaq istəyi varsa, Rusiya Federasiyasının imtina etmədiyini, lakin İstanbulda qeydə alınan razılaşmalar əsasında aparılacağını bildirib.

"Bir daha təkrar edirəm, əgər belə bir istək yaranarsa (danışıqların aparılması - red.) biz bundan imtina etməmişik, İstanbulda əldə olunmuş və qeydə alınmış razılaşmalar əsasında onlar keçiriləcəkdir", - Putin deyib.

Şərq İqtisadi Forumu 3-6 sentyabr tarixlərində Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçiriləcək. Sputnik BİA ŞİF-2024-ün baş informasiya tərəfdaşıdır.
Xəbər lenti
0