https://sputnik.az/20240905/malayziya-moskva-ve-pekinin-yaxin-serqle-bagli-movqeyini-alqislayir-467192478.html
Malayziya Moskva və Pekinin Yaxın Şərqlə bağlı mövqeyini alqışlayır
Malayziya Moskva və Pekinin Yaxın Şərqlə bağlı mövqeyini alqışlayır
Sputnik Azərbaycan
Baş nazir bildirib ki, əksər ölkələr Fələstin dövlətinin tanınması da daxil olmaqla bu mövqeyi bölüşürlər 05.09.2024, Sputnik Azərbaycan
2024-09-05T15:42+0400
2024-09-05T15:42+0400
2024-09-05T15:42+0400
malayziya
rusiya
şərq
iqtisadi
forum
rusiya
çin
yaxın şərq
israil
fələstin
https://cdnn1.img.sputnik.az/img/41109/18/411091825_0:85:1600:985_1920x0_80_0_0_39f314cfc1069ab9932aa844133b50fc.jpg
BAKI, 5 sentyabr — Sputnik. Malayziya Rusiya Federasiyasının və Çinin Yaxın Şərq münaqişəsi ilə bağlı mövqeyini alqışlayır. Bunu Malayziyanın Baş naziri Ənvər İbrahim Şərq İqtisadi Forumunun (ŞİF) plenar iclasında deyib. 7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından misli görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40,6 mini keçib, 94 mindən çox insan isə yaralanıb. Qəzza zolağı faktiki olaraq cənub və şimal hissələrə bölünüb, İsrail HƏMAS-ın son qalası sayılan Rəfahda quru əməliyyatı keçirir. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür. Şərq İqtisadi Forumu 3-6 sentyabr tarixlərində Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçiriləcək. Sputnik BİA ŞİF-2024-ün baş informasiya tərəfdaşıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41109/18/411091825_89:0:1513:1068_1920x0_80_0_0_1432a114e0d1821212b546b139f1b73f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
malayziya, şərq, iqtisadi, forum, rusiya, çin, yaxın şərq, israil, fələstin
malayziya, şərq, iqtisadi, forum, rusiya, çin, yaxın şərq, israil, fələstin
Malayziya Moskva və Pekinin Yaxın Şərqlə bağlı mövqeyini alqışlayır
Baş nazir bildirib ki, əksər ölkələr Fələstin dövlətinin tanınması da daxil olmaqla bu mövqeyi bölüşürlər
BAKI, 5 sentyabr — Sputnik. Malayziya Rusiya Federasiyasının və Çinin Yaxın Şərq münaqişəsi ilə bağlı mövqeyini alqışlayır. Bunu Malayziyanın Baş naziri Ənvər İbrahim Şərq İqtisadi Forumunun (ŞİF) plenar iclasında deyib.
"Mən Rusiyanın və Çinin mövqeyini alqışlayıram. Biz bilirik ki, Xarici İşlər Nazirliyi (XİN) yaranmış vəziyyətin nizamlanması üçün bir çox təşəbbüslər edib. Əksər ölkələr Fələstin dövlətinin tanınması da daxil olmaqla bu mövqeyi bölüşürlər", - Malayziyanın Baş naziri qeyd edib.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından misli görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40,6 mini keçib, 94 mindən çox insan isə yaralanıb.
Qəzza zolağı faktiki olaraq cənub və şimal hissələrə bölünüb, İsrail HƏMAS-ın son qalası sayılan Rəfahda quru əməliyyatı keçirir.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Şərq İqtisadi Forumu 3-6 sentyabr tarixlərində Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçiriləcək. Sputnik BİA ŞİF-2024-ün baş informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.