Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistan və Azərbaycan arasında sülh təhlükəsizlik və inkişaf üçün ilkin şərtdir - Səfir

© Photo : Ermənistan baş nazirinin rəsmi saytıRusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin - Sputnik Azərbaycan, 1920, 05.09.2024
Abunə olmaq
Rusiyalı səfir qeyd edib ki, müsbət nəticə əldə etmək üçün Rusiya lazımi təcrübəyə, kartoqrafik materiallara, eləcə də regionda müvafiq səlahiyyətlərə malikdir.
BAKI, 5 sentyabr — Sputnik. Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına dair danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bildirib.

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 31 oktyabr 2022-ci il bəyanatında "Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi" xüsusi vurğulanıb. Eyni zamanda, mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək öhdəyə götürdü. Rusiya tərəfinin müqavilənin işlənib hazırlanmasına yanaşması dəyişməz olaraq qalır, çünki bu, bizim prezidentin imzaladığı sənəddə qeyd olunub", - Kopırkin deyib.

Rusiyalı səfir qeyd edib ki, bu cür yardımın həcmi və formaları tərəflərin hər biri üçün məqbul olmalıdır və əldə edilmiş üçtərəfli razılaşmalara uyğun olaraq, Moskvanın sülh müqaviləsi layihəsi üzrə danışıqlar üçün platformanı uğurla təmin etdiyini xatırladıb.
Diplomat xatırladıb ki, müsbət nəticə əldə etmək üçün Rusiya lazımi təcrübəyə, kartoqrafik materiallara, eləcə də regionda müvafiq səlahiyyətlərə malikdir:

"Biz iki müttəfiqimiz arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını bölünməz təhlükəsizlik və davamlı sosial-iqtisadi inkişaf arxitekturası qurmaq üçün əvəzsiz ilkin şərt hesab edirik".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ceyhun Bayramov, arxiv - Sputnik Azərbaycan, 1920, 19.08.2024
SİYASƏT
Rusiya Bakı ilə İrəvan arasında danışıqlar üçün həmişə məqbul platforma olub - Bayramov
Xəbər lenti
0