https://sputnik.az/20240904/zaxarova-qerb-diplomatlarina-xeberdarliq-edib-cavab-sert-olacaq-467158180.html
Zaxarova Qərb diplomatlarına xəbərdarlıq edib: Cavab sərt olacaq
Zaxarova Qərb diplomatlarına xəbərdarlıq edib: Cavab sərt olacaq
Sputnik Azərbaycan
Rusiya XİN sözçüsü deyib ki, Kiyev rejimi tərəfindən aqressiv addımlar atılacağı təqdirdə, Rusiya müvafiq cavabı dərhal verəcək. 04.09.2024, Sputnik Azərbaycan
2024-09-04T18:08+0400
2024-09-04T18:08+0400
2024-09-04T18:23+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya
mariya zaxarova
kiyev
ukrayna
qərb
kreml
nato
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463061066_0:127:3190:1921_1920x0_80_0_0_2c01c9022f6ce8fc61c3f862bc42f9ed.jpg
BAKI, 4 sentyabr — Sputnik. Rusiya Avropa İttifaqı və NATO ölkələrindəki siyasətçilərə xəbərdarlıq edir ki, Ukraynanın növbəti aqressiv addımları olarsa, Rusiyanın cavabı dərhal gələcək və ağrılı olacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, Avropa İttifaqının siyasətçiləri "nəinki ağıllı və uzaqgörənliklə, sadəcə olaraq öz münasibətlərinə uyğun düşünməkdən imtina edirlər. "Onlar reallıq hissini itirirlər və hətta öz maraqları kontekstində də daha təhlükəli eskalasiyanın riskləri barədə qətiyyən düşünmürlər. Biz Aİ ölkələrində, NATO-da, xaricdə olan bu cür məsuliyyətsiz siyasətçiləri xəbərdar etmək istərdik. Kiyev rejimi tərəfindən aqressiv addımlar atılacağı təqdirdə, Rusiyanın müvafiq cavabı dərhal olacaq. Cavablar isə son dərəcə sərt olacaq", Zaxarova deyib. Ukraynada nə baş verir? Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi". Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463061066_230:0:2961:2048_1920x0_80_0_0_713428e035ce41c51f11211cc36e2c16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, kiyev, ukrayna, qərb, kreml, nato
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, kiyev, ukrayna, qərb, kreml, nato
Zaxarova Qərb diplomatlarına xəbərdarlıq edib: Cavab sərt olacaq
18:08 04.09.2024 (Yenilənib: 18:23 04.09.2024) Rusiya XİN sözçüsü deyib ki, Kiyev rejimi tərəfindən aqressiv addımlar atılacağı təqdirdə, Rusiya müvafiq cavabı dərhal verəcək.
BAKI, 4 sentyabr — Sputnik. Rusiya Avropa İttifaqı və NATO ölkələrindəki siyasətçilərə xəbərdarlıq edir ki, Ukraynanın növbəti aqressiv addımları olarsa, Rusiyanın cavabı dərhal gələcək və ağrılı olacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının siyasətçiləri "nəinki ağıllı və uzaqgörənliklə, sadəcə olaraq öz münasibətlərinə uyğun düşünməkdən imtina edirlər.
"Onlar reallıq hissini itirirlər və hətta öz maraqları kontekstində də daha təhlükəli eskalasiyanın riskləri barədə qətiyyən düşünmürlər. Biz Aİ ölkələrində, NATO-da, xaricdə olan bu cür məsuliyyətsiz siyasətçiləri xəbərdar etmək istərdik. Kiyev rejimi tərəfindən aqressiv addımlar atılacağı təqdirdə, Rusiyanın müvafiq cavabı dərhal olacaq. Cavablar isə son dərəcə sərt olacaq", Zaxarova deyib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.