Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna Rusiyanın dərinliklərinə zərbələr endirməyə çalışacaq - Peskov

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidKremlin sözçüsü Dmitri Peskov, arxiv şəkli
Kremlin sözçüsü Dmitri Peskov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.09.2024
Abunə olmaq
Kremlin nümayəndəsi xatırladıb ki, Ukrayna artıq ABŞ silahları ilə Rusiyaya zərbələr endirir.
BAKI, 4 sentyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) artıq ABŞ silahları ilə Rusiyaya zərbələr endirir və Ukrayna RF ərazisinə daha da dərindən zərbələr endirməyə çalışacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Kiyevə Amerika silahları ilə Rusiyaya zərbə endirməsinə icazə verəcəyi təqdirdə, Moskvanın reaksiyası ilə bağlı sualı cavablandırarkən söyləyib.
"Siz Rusiya ərazisinin dərinliklərinə zərbə endirməyə icazəni nəzərdə tutursunuz? Çünki indi də Rusiya ərazisi davamlı olaraq Amerika istehsalı olan silahlarla hücuma məruz qalır", Kremlin nümayəndəsi qeyd edib.
Peskov əlavə edib ki, Rusiya Ukraynanın bunu davam etdirəcəyini nəzərə alır. ABŞ-ın artıq münaqişədə iştirak etdiyini anlamaq üçün ekspert olmağa ehtiyac yoxdur.
Bu yaxınlarda Rusiyanın Ukrayna enerji infrastrukturuna mümkün qış zərbələrindən danışan Dmitri Peskov bildirib ki, Rusiya hərbçiləri bununla bağlı qərar verəcək, çünki enerji obyektləri həmişə ölkənin potensialı ilə birbaşa əlaqəli olmur.
Bundan əlavə, Kreml rəsmisi qeyd edib ki, kollektiv Qərb Rusiyanın nüvə doktrinasına aydınlıq gətirmək zərurətinə səbəb olan dağıdıcı hərəkətlər edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0