Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda xəstəlik mənbəyi olan avtobuslar - FOTO Video

© Sputnik / Zulfiyya GuluyevaBakıda avtobusda oturacaq
Bakıda avtobusda oturacaq - Sputnik Azərbaycan, 1920, 04.09.2024
Abunə olmaq
Sürücü isə bildirdi ki, avtobus sayı az olduğundan avtobusu kimyəvi təmizləməyə verməyə vaxt yoxdur.
BAKI, 4 sentyabr — Sputnik. Bakı və paytaxt ətrafında fəaliyyət göstərən bəzi avtobuslar sözün əsl mənasında xəstlik mənbəyidir. Meymunçiçəyi virusunun dünyada yayıldığı bir vaxtda avtobusların antisanitar vəziyyəti təhlükə yaradır.
Sputnik Azərbaycan-ın əməkdaşının ictimai nəqliyyatda apardığı müşahidələr zamanı məlum olub ki, gediş haqqı bahalaşsa da, əksər avtobusların təmizliyinə nəzarət edən yoxdur.
Masazır sakini Gülnar Səfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 142 saylı avtobus sınıq-salxaq vəziyyətdə olmaqla yanaşı, oturacaqları və tutacaqları çirkin içərisindədir.

"142 saylı avtobus illərdir bu vəziyyətdədir. Nə tutacaqlarından tutmaq olur, nə də oturacaqlarında əyləşmək. Bu avtobusdan düşəndən sonra əlimizi dəfələrlə yuyuruq ki, dəri xəstəliyinə yoluxmayaq. Əynimizə geyindiyimiz paltarı isə mütləq yuyuruq. Çünki, avtobusun oturacaqları çirklidir", - deyə sakin bildirib.

53 saylı avtobusun da sınıq-salxaq olmaqla yanaşı natəmiz vəziyyətdədir. El dili ilə desək, avtobusun oturacaqları, tutacaqları çirkdən kərmə bağlayıb. Bu avtobusun nəinki reysqabağı, illərdir ki, təmizlənmədiyinin göstərir.
Müşahidələrimiz göstərdi ki, 53 saylı avtobusun oturacaqlarının parça üzü də cırılıb. Sakinlər oturacaqların yerindən oynadığını, köhnə olduğu üçün tez-tez yolda qaldıqlarını söylədilər.
Sürücü isə bildirdi ki, avtobus sayı az olduğundan avtobusu kimyəvi təmizləməyə verməyə vaxt yoxdur.
Həkim-infeksionist Vüqar Cavadzadə deyir ki, natəmiz avtobuslardan istfadə etməklə təkcə vərəmə yox, digər yoluxucu və dermotoloji xəstəliklərə də yoluxmaq olar.
© Sputnik / Nigar IskanderovaVüqar Cavadzadə
Vüqar Cavadzadə - Sputnik Azərbaycan, 1920, 30.08.2024
Vüqar Cavadzadə

"Belə situasiyalarda ən çox rast gəlinən dermatoloji xəstəliklər arasında dəri infeksiyaları - dərinin göbələk xəstəlikləri, ziyillər, qoturluq və digər təmasla yoluxa bilən dermataloji xəstəliklərdir", -deyə infeksionist bildirib.

Həkim uzun müddət təmizlənməyən antisanitar yerlərdə təkcə dermataloji deyil, daha təhlükəli infeksiyaların da olduğunu söyləyib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 141 nömrəli qərarına əsasən, daşıyıcı şirkət avtobusların təmiz saxlanmasına cavabdehdir:

"Daşıyıcı şirkətlər sərnişin avtonəqliyyat vasitəsini tələb olunan texniki və sanitar tələblərinə uyğun vəziyyətdə təqdim etmək, istifadəsində olan avtonəqliyyat vasitələrinin ekoloji və sanitariya-gigiyena normalarına riayət etmək kimi məsuliyyət daşıyır".

Bildirilib ki, avtobusların daxili və xarici görünüşünün təmiz və səliqəli olması məsələsi daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi olaraq qaldırılır. Daşıyıcılara avtobusların təmizliyinə nəzarəti gücləndirmək tapşırığı verilir.
"Eyni zamanda AYNA ilə daşıyıcı arasında bağlanan müqavilədə avtobusun salonunun və çöl hissəsinin gündəlik təmizlənməsi öhdəlik kimi müəyyən edilib. İcraya nəzarət üzrə monitorinqlər zamanı nəqliyyat vasitəsinin təmizliyinə riayət olunmaması halları aşkarlandıqda daşıyıcıya xəbərdərlıq edilir və lazımi ölçü götürülür", - məlumatda qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0