Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Almaniya konkret nəticəni təqdim etmir - Rusiya XİN-in nümayəndəsi

© AP Photo / Michael SohnAlmaniya
Almaniya  - Sputnik Azərbaycan, 1920, 04.09.2024
Abunə olmaq
RF dəfələrlə Almaniya hakimiyyətinə müraciət edərək, bu istintaqın açıqlığını və obyektivliyini təmin etmək üçün Almaniya prokurorluğu tərəfindən aparılan istintaqda Rusiyanın səlahiyyətli orqanlarının iştirakını israrla tələb edib.
BAKI, 4 sentyabr — Sputnik. Almaniyanın "Şimal axını" partlayışı ilə bağlı araşdırmasının konkret nəticəsi hələ təqdim edilməyib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Rəsmi Berlin təxribat şəraitinin araşdırılması ilə bağlı vəziyyəti düzgün istiqamətdə inkişaf edən kimi təqdim etməyə çalışır. Həmişə deyirlər ki, onlara görə, hər şey plan üzrə gedir. Lakin hələlik konkret nəticələr təqdim edilməyib" - Zaxarova bildirib.
O xatırladıb ki, Rusiya dəfələrlə Almaniya hakimiyyətinə müraciət edərək, bu istintaqın açıqlığını və obyektivliyini təmin etmək üçün Almaniya prokurorluğu tərəfindən aparılan istintaqda Rusiyanın səlahiyyətli orqanlarının iştirakını israrla tələb edib. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Moskva Almaniyanın istintaqla bağlı məlumatı onunla bölüşməsini istəyib, çünki Rusiya Federasiyası da öz araşdırmasını aparırdı.
"Rusiyanın bu cinayətlə bağlı hüquqi yardımla bağlı bütün müraciətləri Almaniya tərəfindən cavabsız qalıb", Zaxarova vurğulayıb.
Rusiyadan Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç planlanmış təxribatı istisna etməyiblər. "Şimal axını"nın operatoru olan "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinin dağıdılması misli görünməmiş bir hadisədir və təmirin müddətini təxmin etmək mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya dəfələrlə "Şimal axını"nda partlayışlar barədə məlumat tələb edib, lakin heç vaxt məlumat almayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0