https://sputnik.az/20240904/abs-rusiya-ile-qarsiliqli-cekindirme-hissini-itirir-bu-tehlukelidir---lavrov-467161561.html
ABŞ Rusiya ilə qarşılıqlı çəkindirmə hissini itirir, bu təhlükəlidir - Lavrov
ABŞ Rusiya ilə qarşılıqlı çəkindirmə hissini itirir, bu təhlükəlidir - Lavrov
Sputnik Azərbaycan
Nazir ABŞ-ın Rusiyaya qarşı sərt tədbirlərini ölkədə keçirilən prezident seçkilərində səslər uğrunda mübarizədə əlavə arqument kimi nəzərdən keçirdiyini... 04.09.2024, Sputnik Azərbaycan
2024-09-04T20:59+0400
2024-09-04T20:59+0400
2024-09-04T20:59+0400
lavrov
rusiya
rusiya xin rəhbəri sergey lavrov
sergey lavrov
rusiya federasiyası
abş
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1c/461631416_0:0:3223:1813_1920x0_80_0_0_95cf2dbc01150f6f92a7232455659a09.jpg
BAKI, 4 sentyabr — Sputnik. ABŞ-da Rusiya Federasiyası ilə strateji sabitlik və silahlara nəzarət sahəsində razılaşmaların əsaslandığı qarşılıqlı çəkindirmə hissi itməyə başlayır, bu tendensiya çox təhlükəlidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Nazir ABŞ administrasiyasının nümayəndələrinin "üçüncü dünya müharibəsini təhrik etməmək üçün Ukraynaya dəstəyi artırmaqda diqqətli olmalıyıq, çünki Avropaya yazıq olacaq" sözlərini xatırladıb. "Onlar genetik olaraq əmindirlər ki, heç kim onlara toxunmayacaq, bu təhlükəlidir", - Lavrov deyib. Nazir ABŞ-ın Rusiyaya qarşı sərt tədbirlərini ölkədə keçirilən prezident seçkilərində səslər uğrunda mübarizədə əlavə arqument kimi nəzərdən keçirdiyini bildirib. "Onların nəyə arxalandığını bilmirəm. Heç kim bizi incitməyə cəsarət edə bilməz. Biz bunu indi görürük", Lavrov deyib. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1c/461631416_247:0:2978:2048_1920x0_80_0_0_7fb20f6649c5933fbbdab12ba2a9f7b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, rusiya xin rəhbəri sergey lavrov, sergey lavrov, rusiya federasiyası, abş, vladimir putin
lavrov, rusiya xin rəhbəri sergey lavrov, sergey lavrov, rusiya federasiyası, abş, vladimir putin
ABŞ Rusiya ilə qarşılıqlı çəkindirmə hissini itirir, bu təhlükəlidir - Lavrov
Nazir ABŞ-ın Rusiyaya qarşı sərt tədbirlərini ölkədə keçirilən prezident seçkilərində səslər uğrunda mübarizədə əlavə arqument kimi nəzərdən keçirdiyini bildirib.
BAKI, 4 sentyabr — Sputnik. ABŞ-da Rusiya Federasiyası ilə strateji sabitlik və silahlara nəzarət sahəsində razılaşmaların əsaslandığı qarşılıqlı çəkindirmə hissi itməyə başlayır, bu tendensiya çox təhlükəlidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir ABŞ administrasiyasının nümayəndələrinin "üçüncü dünya müharibəsini təhrik etməmək üçün Ukraynaya dəstəyi artırmaqda diqqətli olmalıyıq, çünki Avropaya yazıq olacaq" sözlərini xatırladıb.
"Onlar genetik olaraq əmindirlər ki, heç kim onlara toxunmayacaq, bu təhlükəlidir", - Lavrov deyib.
Nazir ABŞ-ın Rusiyaya qarşı sərt tədbirlərini ölkədə keçirilən prezident seçkilərində səslər uğrunda mübarizədə əlavə arqument kimi nəzərdən keçirdiyini bildirib.
"Onların nəyə arxalandığını bilmirəm. Heç kim bizi incitməyə cəsarət edə bilməz. Biz bunu indi görürük", Lavrov deyib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.