https://sputnik.az/20240903/rusiya-monqolustanla-dinc-nuve-layihelerinin-heyata-kecirilmesine-aciqdir---putin-467134565.html
Rusiya Monqolustanla dinc nüvə layihələrinin həyata keçirilməsinə açıqdır - Putin
Rusiya Monqolustanla dinc nüvə layihələrinin həyata keçirilməsinə açıqdır - Putin
Sputnik Azərbaycan
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Monqolustana elektrik enerjisi tədarükünü davam etdirəcək. 03.09.2024, Sputnik Azərbaycan
2024-09-03T14:57+0400
2024-09-03T14:57+0400
2024-09-03T14:57+0400
putin
rusiya
monqolustan
səfər
nüvə
sınaq
elektrik enerjisi
avrasiya iqtisadi ittifaqı
strateji tərəfdaşlıq
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0e/465394779_0:0:2953:1662_1920x0_80_0_0_b1302cf01655a249b34d2a6cbcb9226a.jpg
BAKI, 3 sentyabr — Sputnik. Rusiya qazının monqol istehlakçılarına çatdırılması imkanları nəzərdən keçirilir. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Monqolustana elektrik enerjisi tədarükünü davam etdirəcək. "Rusiya monqol istehlakçılarını elektrik enerjisi ilə təmin etməyə davam edəcək. Monqolustanda insanların rus dilini sevməsi və öyrənməsi Rusiya Federasiyası üçün vacibdir, ona görə də Rusiya bu ölkədə rus dilinin tədrisinə dəstəyini davam etdirəcək", - Rusiya lideri deyib. Onun sözlərinə görə, Monqolustanın Aİİ ilə əlaqələrinin gücləndirilməsi ixrac-idxal əməliyyatlarının daha da artmasına töhfə verəcək. "Rusiya ilə Monqolustan arasında münasibətlər dinamik inkişaf edir və möhkəmlənir. Bu münasibətlər düz 5 il əvvəl burada imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında dövlətlərarası sazişə tam uyğun olaraq dinamik şəkildə inkişaf edir və möhkəmlənir. Onun sözlərinə görə, Rusiya Monqolustanla dinc nüvə layihələrinin həyata keçirilməsinə açıqdır. Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-də Monqolustanda səfərdədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0e/465394779_0:0:2729:2047_1920x0_80_0_0_b66f7aadca13ff1028fcf78c30cad217.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, monqolustan, səfər, nüvə, sınaq, elektrik enerjisi, avrasiya iqtisadi ittifaqı, strateji tərəfdaşlıq
putin, monqolustan, səfər, nüvə, sınaq, elektrik enerjisi, avrasiya iqtisadi ittifaqı, strateji tərəfdaşlıq
Rusiya Monqolustanla dinc nüvə layihələrinin həyata keçirilməsinə açıqdır - Putin
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Monqolustana elektrik enerjisi tədarükünü davam etdirəcək.
BAKI, 3 sentyabr — Sputnik. Rusiya qazının monqol istehlakçılarına çatdırılması imkanları nəzərdən keçirilir. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
"Biz qaz sektorunda əməkdaşlıq üçün yaxşı perspektivlər görürük. Rusiya, Monqolustan və Çini birləşdirəcək təxminən min kilometr uzunluğunda olan "Soyuz-Vostok" qaz kəmərinin layihə sənədlərinin hazırlanması başa çatıb hazırda honun ətraf mühitə təsiri qiymətləndirilir. Bu, təkcə Rusiya qazının Monqolustan vasitəsilə tranziti ilə bağlı deyil, burada yanacağın monqol istehlakçılarına çatdırılması imkanları da nəzərdən keçirilir", - Putin Rusiya Federasiyası və Monqolustan arasında sazişin imzalanması mərasimindən sonra bildirib.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Monqolustana elektrik enerjisi tədarükünü davam etdirəcək.
"Rusiya monqol istehlakçılarını elektrik enerjisi ilə təmin etməyə davam edəcək. Monqolustanda insanların rus dilini sevməsi və öyrənməsi Rusiya Federasiyası üçün vacibdir, ona görə də Rusiya bu ölkədə rus dilinin tədrisinə dəstəyini davam etdirəcək", - Rusiya lideri deyib.
"Monqolustanda insanların rus dilini sevməsi və öyrənməsi bizim üçün vacibdir. Ölkədə uzun onilliklər ərzində onun öyrədilməsinin yaxşı qurulmuş sistemi mövcuddur. Bu da bilik əldə etmək və iki ölkə arasında işgüzar, elmi və mədəni əlaqələri dərinləşdirmək üçün geniş imkanlar açır. Rusiya tərəfi Monqolustanda, o cümlədən ölkəmizlə həmsərhəd bölgələrdə rus dilinin tədrisinə dəstəyini davam etdirəcək", - Putin qeyd edib.
Onun sözlərinə görə, Monqolustanın Aİİ ilə əlaqələrinin gücləndirilməsi ixrac-idxal əməliyyatlarının daha da artmasına töhfə verəcək.
"Rusiya ilə Monqolustan arasında münasibətlər dinamik inkişaf edir və möhkəmlənir. Bu münasibətlər düz 5 il əvvəl burada imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında dövlətlərarası sazişə tam uyğun olaraq dinamik şəkildə inkişaf edir və möhkəmlənir.
Onun sözlərinə görə, Rusiya Monqolustanla dinc nüvə layihələrinin həyata keçirilməsinə açıqdır.
"Biz həmçinin kiçik modullu reaktorların istifadəsi də daxil olmaqla, ən müasir Rusiya texnologiyalarına əsaslanan dinc nüvə enerjisi sahəsində birgə layihələrin həyata keçirilməsinə açığıq", - Putin bildirib.
Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-də Monqolustanda səfərdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.