https://sputnik.az/20240903/putin-monqolustanda-seferdedir-467124321.html
Putin Monqolustanda səfərdədir
Putin Monqolustanda səfərdədir
Sputnik Azərbaycan
Rusiya Prezidentini Ulan-Batorda fəxri qarovul dəstəsi, süvarilər və musiqi alətləri orkestrinin müşayiəti ilə qarşılanıb. 03.09.2024, Sputnik Azərbaycan
2024-09-03T10:01+0400
2024-09-03T10:01+0400
2024-09-03T10:12+0400
rusiya
monqolustan
rusiya prezidenti vladimir putin
səfər
https://cdnn1.img.sputnik.az/img/07e8/09/03/467124676_0:0:2615:1472_1920x0_80_0_0_44f51618f3edf9e4c7642afff4addb52.jpg
BAKI, 3 sentyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putinin Ulan-Batorda Dövlət Sarayının yaxınlığındakı mərkəzi meydanda təntənəli qarşılanma mərasimi keçirilib. Bu barədə RİA Novosti xəbər yayıb. Vladimir Putin Monqolustanda rəsmi səfərdədir, o, Xalxin Qol çayında sovet və monqol silahlı qüvvələrinin yapon militaristləri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün ötən gecə gəlib.Bu gün Rusiya-Monqolustan danışıqlarının keçiriləcəyi sarayın fasadı Rusiya və Monqolustanın iri bayraqları ilə bəzədilib.Rusiya liderinin görüşü üçün respublika prezidenti Uxnaqiyn Xurelsux qırmızı xalça və postament hazırlayıb.Fəxri qarovul dəstəsi və Monqol İmperiyasının ilk Böyük Xanın şəxsi mühafizəçisinin paltarı kimi stilizə olunmuş tam geyimli uniformalı atlılar dəstəsi sarayın qarşısında düzülüb.Mərasim başlamazdan əvvəl monqol milli geyimli balaca qız Putinə gül hədiyyə edib. Üflekli orkestr Rusiya Federasiyasının və Monqolustanın himnlərini ifa edib, bundan sonra hər iki ölkənin prezidentləri fəxri qarovul dəstəsinin qarşısına keçərək onu salamlayıblar.Mərasimdə Rusiya tərəfi adından xarici işlər naziri Sergey Lavrov, Rusiyanın energetika naziri Sergey Tsivilyov, “Rosatom”un rəhbəri Aleksey Lixaçov, Rusiya baş nazirinin müavini Aleksey Overçuk, Rusiya təbii sərvətlər naziri Aleksandr Kozlov, prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, Rusiyanın nəqliyyat naziri Roman Starovoit, Rusiya Federasiyasının idman naziri Mixail Deqtyaryov, "Rospotrebnadzor"un rəhbəri Anna Popova, Buryatiyanın rəhbəri Aleksey Tsıdenov, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, “Rosneft”in rəhbəri İqor Seçin, Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/03/467124676_288:0:2615:1745_1920x0_80_0_0_7d423f4628fdfee00de82ef6a1285a8e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
monqolustan, rusiya prezidenti vladimir putin, səfər
monqolustan, rusiya prezidenti vladimir putin, səfər
Putin Monqolustanda səfərdədir
10:01 03.09.2024 (Yenilənib: 10:12 03.09.2024) Rusiya Prezidentini Ulan-Batorda fəxri qarovul dəstəsi, süvarilər və musiqi alətləri orkestrinin müşayiəti ilə qarşılanıb.
BAKI, 3 sentyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putinin Ulan-Batorda Dövlət Sarayının yaxınlığındakı mərkəzi meydanda təntənəli qarşılanma mərasimi keçirilib. Bu barədə RİA Novosti xəbər yayıb.
Vladimir Putin Monqolustanda rəsmi səfərdədir, o, Xalxin Qol çayında sovet və monqol silahlı qüvvələrinin yapon militaristləri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün ötən gecə gəlib.
Bu gün Rusiya-Monqolustan danışıqlarının keçiriləcəyi sarayın fasadı Rusiya və Monqolustanın iri bayraqları ilə bəzədilib.
Rusiya liderinin görüşü üçün respublika prezidenti Uxnaqiyn Xurelsux qırmızı xalça və postament hazırlayıb.
Fəxri qarovul dəstəsi və Monqol İmperiyasının ilk Böyük Xanın şəxsi mühafizəçisinin paltarı kimi stilizə olunmuş tam geyimli uniformalı atlılar dəstəsi sarayın qarşısında düzülüb.
Mərasim başlamazdan əvvəl monqol milli geyimli balaca qız Putinə gül hədiyyə edib. Üflekli orkestr Rusiya Federasiyasının və Monqolustanın himnlərini ifa edib, bundan sonra hər iki ölkənin prezidentləri fəxri qarovul dəstəsinin qarşısına keçərək onu salamlayıblar.
Mərasimdə Rusiya tərəfi adından xarici işlər naziri Sergey Lavrov, Rusiyanın energetika naziri Sergey Tsivilyov, “Rosatom”un rəhbəri Aleksey Lixaçov, Rusiya baş nazirinin müavini Aleksey Overçuk, Rusiya təbii sərvətlər naziri Aleksandr Kozlov, prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, Rusiyanın nəqliyyat naziri Roman Starovoit, Rusiya Federasiyasının idman naziri Mixail Deqtyaryov, "Rospotrebnadzor"un rəhbəri Anna Popova, Buryatiyanın rəhbəri Aleksey Tsıdenov, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, “Rosneft”in rəhbəri İqor Seçin, Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.