https://sputnik.az/20240903/bakinin-nizami-kucesinde-temir-isleri-aparilir-467140850.html
Bakının Nizami küçəsində təmir işləri aparılır
Bakının Nizami küçəsində təmir işləri aparılır
Sputnik Azərbaycan
Hazırda küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 03.09.2024, Sputnik Azərbaycan
2024-09-03T16:16+0400
2024-09-03T16:16+0400
2024-09-03T16:16+0400
nizami küçəsi
paytaxt xəbərləri
təmir
avtomobil yolları dövlət agentliyi
https://cdnn1.img.sputnik.az/img/40700/50/407005033_0:77:2000:1202_1920x0_80_0_0_990f54bcc9fbdabbca8bfe1f38f1ee64.jpg
BAKI, 3 sentyabr — Sputnik. Bakının Səbail rayonu, Nizami küçəsində təmir işləri aparılır. Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir işləri hazırda sözügedən küçənin Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsində aparılır. Bu səbəbdən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib. Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, hazırda küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40700/50/407005033_147:0:1854:1280_1920x0_80_0_0_0bfc058f15ffd9c5c7a9db8b9d9b4236.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nizami küçəsi, təmir, avtomobil yolları dövlət agentliyi
nizami küçəsi, təmir, avtomobil yolları dövlət agentliyi
Bakının Nizami küçəsində təmir işləri aparılır
Hazırda küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
BAKI, 3 sentyabr — Sputnik. Bakının Səbail rayonu, Nizami küçəsində təmir işləri aparılır.
Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir işləri hazırda sözügedən küçənin Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsində aparılır. Bu səbəbdən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.
Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, hazırda küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də aparılacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.