Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

FHN Xırdalanda binanın pilləkəninin çökmə səbəbini araşdırır - VİDEO

© Depositphotos.com / Annebel146pilləkən
pilləkən  - Sputnik Azərbaycan, 1920, 02.09.2024
Abunə olmaq
Hadisə ilə bağlı TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət daxil olmayıb.
BAKI, 2 sentyabr — Sputnik. Abşeron Rayon İcra Hakimiyyəti və Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Xırdalan şəhərində yaşayış binasının giriş hissəsində pilləkənin çökməsinə reaksiya verib.
Qurumdan bildirilib ki, müvafiq rəy hazırlandıqdan sonra binada təmir-bərpa işləri görülcək:
“1991-ci ildə sakinlərin istifadəsinə verilən Xırdalan şəhəri, 26-cı məhəllə, 1-ci binanın 1-ci blokunun giriş hissəsində - pilləkən qəfəsində çökmə baş verib. Dərhal Abşeron Rayon İcra Hakimiyyəti və müvafiq qurumlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və sakinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvəqqəti keçid sifariş verilib, Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyatı qurumlarına məlumat verilib. Çökmə zamanı xəsarət alan olmayıb. Hal-hazırda nazirliyin əməkdaşları ərazini yerində araşdırır və müvafiq rəy təqdim edildikdən sonra təmir-bərpa işlərinə başlanılacaq”.
***
TƏBİB Xırdalanda pilləkənin çökməsi nəticəsində xəsarət alanların olduğu barədə yayılmış xəbərlərə münasibət bildirib.
TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, hadisə ilə bağlı TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət daxil olmayıb.
Qeyd edək ki, Xırdalan şəhərində yaşayış binasının giriş hissəsində pilləkən çöküb.
Report hadisə nəticəsində xəsarət alanların olduğunu xəbər verib.
Pilləkəni uçmuş binanın sakinlərinin evlərinə necə çıxıb-düşəcəkləri qaranlıq qalır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0