Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin: Qərbdən fərqli olaraq, Rusiyada media azaddır

© Sputnik / Сергей Бобылев / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 02.09.2024
Abunə olmaq
Prezident deyib ki, Rusiyada media azaddır, buna Konstitusiya qəti şəkildə zəmanət verir.
BAKI, 2 sentyabr — Sputnik. Rusiya kütləvi informasiya vasitələri (KİV) əxlaq və etika normalarına, eləcə də yayımlandığı ölkələrin qanunvericiliyinə riayət etməklə bu və ya digər məsələlərlə bağlı Ruisyanın mövqeyini inandırıcı şəkildə təqdim edirlər.
Bunu Rusiya Prezidenti Vladimir Putin Monqolustanın "Onoodor" qəzetinə müsahibəsində bildirib.
"Bizim medianın gördüyü yeganə iş aktual müasir problemlərə və dünyada baş verən proseslərə Rusiyanın yanaşmasını əsaslandırılmış şəkildə təqdim etməkdir", Rusiya dövlət başçısı vurğulayıb.
Siyasətçi qeyd edib ki, Qərbdən fərqli olaraq, Rusiyada media azaddır.
"Rusiyada kütləvi informasiya vasitələri azaddır. Buna konstitusiya qəti şəkildə zəmanət verir. Biz informasiya sahəsində plüralizmin və açıqlığın zəruriliyinə əminik", Putin əlavə edib.
Rusiya dövlət başçısının sözlərinə görə, Rusiyada KİV-in fəaliyyəti üçün əsas tələb qanunvericiliyə riayət etməkdir.
"KP.RU" saytı yazıb ki, eyni müsahibədə Vladimir Putin Qərb ölkələrində rusiyalı jurnalistlərə qarşı təqiblərə başladığını bildirib. Rusiya liderinin sözlərinə görə, bu, xoşagəlməz faktlara məhəl qoymayan və həqiqətdən gizlənməyi üstün tutan ölkələrdə tətbiq olunur.
Xatırladaq ki, Rusiyada sentyabrın 1-dən filmlərdə və ədəbi əsərlərdə narkotik maddələrin qeyd olunması şərtlərini tənzimləyən yeni qanun qüvvəyə minib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0