https://sputnik.az/20240902/rusiya-xn-venesuela-prezidentine-destek-465309630.html
ABŞ Venesuela prezidentinin təyyarəsinə həbs qoyub
ABŞ Venesuela prezidentinin təyyarəsinə həbs qoyub
Sputnik Azərbaycan
Vaşinqton hesab edir ki, təyyarə ABŞ sanksiyalarından yayınmaqla alınıb. 02.09.2024, Sputnik Azərbaycan
2024-09-02T21:30+0400
2024-09-02T21:30+0400
2024-09-02T21:15+0400
rusiya xin
rusiya
nijni novqorod
lavrov
nikolas maduro
venesuela
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443416453_0:0:3071:1728_1920x0_80_0_0_ec3e38dbb958875df5ef2bdf86ee5f0c.jpg
BAKI, 2 sentyabr — Sputnik. ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyaraq onu Florida ştatına göndərib.Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.“Vaşinqton hesab edir ki, təyyarə ABŞ sanksiyalarından yayınmaqla alınıb. Bu səbəbdən bazar ertəsi ona həbs qoyulub və təyyarə Dominikan Respublikasından Floridaya göndərilib” - məlumatda deyilir.Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, Maduro yenidən ölkə prezidenti seçilib (51,2 % səs ilə rəqibi Qonsalesi (44,2 %) qabaqlayıb – red.).ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin sözlərinə görə, Birləşmiş Ştatlar Maduroya təzyiq göstərmək və onu Venesuelanı demokratiya yoluna qaytarmağa məcbur etmək variantlarını nəzərdən keçirir.11.06.24, 15:37Rusiya XİN-dən Venesuela prezidentinə dəstəkRusiya Federasiyası Venesuela prezidenti Nikolas Maduronun ölkədəki seçkilər öncəsi vəziyyəti sabitləşdirmək səylərini dəstəkləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS-ə üzv ölkələrin xarici işlər nazirlərinin Nijni Novqorodda keçirilən iclası çərçivəsində Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ilə görüşündə deyib. Xarici İşlər Nazirliyi qeyd edib ki, görüşdə Rusiya tərəfi Venesuelanın BRİKS-ə üzv olmaq istəyini dəstəkləyib. "Xarici siyasət idarələrinin rəhbərləri Rusiya və Venesuelanın aktual qlobal və regional məsələlərə yanaşmalarının üst-üstə düşdüyünü, çoxqütblü dünya qurmaq vəzifəsini bəyan ediblər. Onlar bütün ölkələrin beynəlxalq hüquq normalarına ciddi riayət etməsinin zəruriliyini təsdiqləyiblər", - XİN-in məlumatında deyilir. Nazirlər həmçinin ikitərəfli münasibətlərin strateji tərəfdaşlığa uyğun dinamik inkişafını vurğulayıblar və siyasi dialoqun dərinləşdirilməsinin, ticarət, investisiyaların, elmi-texniki əlaqələrin, mədəni və humanitar mübadilənin genişləndirilməsinin vacibliyini qeyd ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
nijni novqorod
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443416453_272:0:3003:2048_1920x0_80_0_0_280161fcf93f4b6a3a0ecdef379e586c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, nijni novqorod, lavrov, nikolas maduro, venesuela
rusiya xin, nijni novqorod, lavrov, nikolas maduro, venesuela
ABŞ Venesuela prezidentinin təyyarəsinə həbs qoyub
Vaşinqton hesab edir ki, təyyarə ABŞ sanksiyalarından yayınmaqla alınıb.
BAKI, 2 sentyabr — Sputnik. ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyaraq onu Florida ştatına göndərib.
Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Vaşinqton hesab edir ki, təyyarə ABŞ sanksiyalarından yayınmaqla alınıb. Bu səbəbdən bazar ertəsi ona həbs qoyulub və təyyarə Dominikan Respublikasından Floridaya göndərilib” - məlumatda deyilir.
Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, Maduro yenidən ölkə prezidenti seçilib (51,2 % səs ilə rəqibi Qonsalesi (44,2 %) qabaqlayıb – red.).
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin sözlərinə görə, Birləşmiş Ştatlar Maduroya təzyiq göstərmək və onu Venesuelanı demokratiya yoluna qaytarmağa məcbur etmək variantlarını nəzərdən keçirir.
Rusiya XİN-dən Venesuela prezidentinə dəstək
Rusiya Federasiyası Venesuela prezidenti Nikolas Maduronun ölkədəki seçkilər öncəsi vəziyyəti sabitləşdirmək səylərini dəstəkləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS-ə üzv ölkələrin xarici işlər nazirlərinin Nijni Novqorodda keçirilən iclası çərçivəsində Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ilə görüşündə deyib.
"Rusiya tərəfi iyul ayında keçiriləcək prezident seçkilərini nəzərə alaraq, Maduro hökumətinin daxili vəziyyəti sabitləşdirmək səylərinə davamlı dəstəyini ifadə edib", - Rusiya XİN qeyd edib.
Xarici İşlər Nazirliyi qeyd edib ki, görüşdə Rusiya tərəfi Venesuelanın BRİKS-ə üzv olmaq istəyini dəstəkləyib.
"Xarici siyasət idarələrinin rəhbərləri Rusiya və Venesuelanın aktual qlobal və regional məsələlərə yanaşmalarının üst-üstə düşdüyünü, çoxqütblü dünya qurmaq vəzifəsini bəyan ediblər. Onlar bütün ölkələrin beynəlxalq hüquq normalarına ciddi riayət etməsinin zəruriliyini təsdiqləyiblər", - XİN-in məlumatında deyilir.
Nazirlər həmçinin ikitərəfli münasibətlərin strateji tərəfdaşlığa uyğun dinamik inkişafını vurğulayıblar və siyasi dialoqun dərinləşdirilməsinin, ticarət, investisiyaların, elmi-texniki əlaqələrin, mədəni və humanitar mübadilənin genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.