https://sputnik.az/20240902/rusiya-istenilen-ssenariye-hazirdir---lavrov-467085958.html
Rusiya istənilən ssenariyə hazırdır - Lavrov
Rusiya istənilən ssenariyə hazırdır - Lavrov
Sputnik Azərbaycan
XİN başçısı prezident Putinə istinadla deyib ki, Rusiya kollektiv Qərb ölkələri ilə təmaslara açıqdır. 02.09.2024, Sputnik Azərbaycan
2024-09-02T14:28+0400
2024-09-02T14:28+0400
2024-09-02T14:28+0400
lavrov
rusiya
sergey lavrov
ukrayna
putin
vladimir putin
kreml
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465274188_0:0:2813:1583_1920x0_80_0_0_e23d4c2c78322ec8bd6101a6bf0dc773.jpg
BAKI, 2 sentyabr — Sputnik. Moskva Rusiyanın maraqlarını nəzərə almadan heç bir Qərb sxemlərinə inteqrasiya etməyəcək, lakin Qərblə təmaslara açıq qalacaq, eyni zamanda qeyri-dost addımlara sərt reaksiya verəcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Biz iştirakımız olmadan və Rusiyanın maraqlarını nəzərə almadan Qərb qaydaları çərçivəsində yaradılmış müxtəlif sxemlərə inteqrasiya etmək fikrində deyilik. Prezident dəfələrlə vurğulayıb ki, biz kollektiv Qərb ölkələri ilə təmaslara açığıq. Əlbəttə ki, onlar ölkəmizə qarşı açıq düşmənçilik kursundan imtina etməlidirlər" - Lavrov bildirib. Onun sözlərinə görə, Rusiya istənilən ssenariyə hazırdır və Moskva Qərbin niyyətlərini bəyanatlarla deyil, əməlləri ilə qiymətləndirəcək. Ukraynada nə baş verir? Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi". Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465274188_73:0:2802:2047_1920x0_80_0_0_957fc792b0fcd97cb906174bbddc708c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, ukrayna, putin, vladimir putin, kreml
lavrov, sergey lavrov, ukrayna, putin, vladimir putin, kreml
Rusiya istənilən ssenariyə hazırdır - Lavrov
XİN başçısı prezident Putinə istinadla deyib ki, Rusiya kollektiv Qərb ölkələri ilə təmaslara açıqdır.
BAKI, 2 sentyabr — Sputnik. Moskva Rusiyanın maraqlarını nəzərə almadan heç bir Qərb sxemlərinə inteqrasiya etməyəcək, lakin Qərblə təmaslara açıq qalacaq, eyni zamanda qeyri-dost addımlara sərt reaksiya verəcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Biz iştirakımız olmadan və Rusiyanın maraqlarını nəzərə almadan Qərb qaydaları çərçivəsində yaradılmış müxtəlif sxemlərə inteqrasiya etmək fikrində deyilik. Prezident dəfələrlə vurğulayıb ki, biz kollektiv Qərb ölkələri ilə təmaslara açığıq. Əlbəttə ki, onlar ölkəmizə qarşı açıq düşmənçilik kursundan imtina etməlidirlər" - Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya istənilən ssenariyə hazırdır və Moskva Qərbin niyyətlərini bəyanatlarla deyil, əməlləri ilə qiymətləndirəcək.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.