Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: Xüsusi hərbi əməliyyat zonasında İsrail istehsalı olan radar məhv edilib

© Sputnik / Станислав Красильников / Mediabanka keçidXHƏ zonası, arxiv
XHƏ zonası, arxiv - Sputnik Azərbaycan, 1920, 01.09.2024
Abunə olmaq
Hava hücumundan müdafiə sistemləri üç Hammer idarəolunan bombasını, altı HIMARS və Vampire RYAS raketini, həmçinin 171 pilotsuz təyyarəni vurub.
BAKI, 1 sentyabr — Sputnik. Rusiya aviasiyası, artilleriya və dronları xüsusi əməliyyat zamanı İsrail istehsalı olan RPS-42 radiolokasiya stansiyasını məhv ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının operativ-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket qoşunları və artilleriyası İsrail istehsalı olan RPS-42 hava müşahidə radarını məhv edib, pilotsuz uçuş aparatlarının yığılması sexlərinə və anqarlara zərbələr endirib", - Rusiya MN-in hesabatında deyilir.

Bundan əlavə, 133 ərazidə toplanmış düşmənin canlı qüvvəsi və hərbi texnikasına zərbələr endirilib.
Hava hücumundan müdafiə sistemləri üç Hammer idarəolunan bombasını, altı HIMARSVampire RYAS raketini, həmçinin 171 pilotsuz təyyarəni vurub.
Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Onun sözlərinə görə, ABŞ və NATO münaqişədə birbaşa iştirak edir, o cümlədən təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə məşğuldurlar. Kreml bəyan edib ki, Ukraynanı Qərbdən silahlarla doldurmaq danışıqlara kömək etmir və mənfi təsir göstərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0