https://sputnik.az/20240901/ekspert-yaxin-10-ilde-xezer-denizinin-seviyyesi-en-azi-1-metr-asagi-duse-biler-467011234.html
Ekspert: Yaxın 10 ildə Xəzər dənizinin səviyyəsi ən azı 1 metr aşağı düşə bilər
Ekspert: Yaxın 10 ildə Xəzər dənizinin səviyyəsi ən azı 1 metr aşağı düşə bilər
Sputnik Azərbaycan
Ümumrusiya Balıq Təsərrüfatı və Okeanoqrafiya Elmi-Tədqiqat İnstitutunun "Volqa-Xəzər" bölməsinin rəis müavini qeyd edib ki, dayazlaşma yağıntıların miqdarının... 01.09.2024, Sputnik Azərbaycan
2024-09-01T16:35+0400
2024-09-01T16:35+0400
2024-09-01T18:19+0400
xəzər dənizi
rusiya
su
səviyyə
azalma
artım
https://cdnn1.img.sputnik.az/img/41658/80/416588033_0:320:3073:2048_1920x0_80_0_0_cc08a37c51ac1c269628ba28272939df.jpg
BAKI, 1 sentyabr - Sputnik. Yaxın 10 ildə Xəzər dənizinin səviyyəsi daha 1 metr azala bilər. Bunu Rusiya Federasiyasının Dövlət Elmi Mərkəzi federal dövlət büdcə elmi müəssisəsinin Ümumrusiya Balıq Təsərrüfatı və Okeanoqrafiya Elmi-Tədqiqat İnstitutunun (RF DEM FDBEM "ÜRBTOETİ") "Volqa-Xəzər" bölməsinin rəis müavini Sergey Şipulin bildirib. Çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşündə Xəzər dənizinin sonradan dayazlaşmasının qarşısını almaq üçün elmi təhlillərin aparılmasına göstəriş verib. Onun sözlərinə görə, tarixi ərzində Xəzər dənizinin səviyyəsi dəfələrlə qalxıb və aşağı düşüb. Son 200 ildə səviyyənin dəyişmə diapazonu, təxminən 4 m, son 500 ildə - təxminən 7 m olub. Eyni zamanda, dənizin səviyyəsi 1977-ci ilə qədər azalıb, 1990-cı illərin ortalarına qədər isə artıb. Bu gün isə Xəzərin səviyyəsində yenidən azalma müşahidə olunur. Şipulin dənizin dayazlaşmasının su hövzəsinin su balansının dəyişməsi, çay axınının dəyişməsi, o cümlədən dəniz akvtoriyasında və axan çayların hövzələrində yağıntı və buxarlanma miqdarının dəyişməsi ilə əlaqədar olduğuna diqqət çəkib. Eyni zamanda, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və qurunun yerdəyişməsi dənizin ekosistemində və insanların təsərrüfat fəaliyyətində güclü dəyişikliklərə səbəb olur. Xüsusilə, Xəzər dənizinin şimal hissəsində, Volqa deltasının qarşısındakı balıq ovu üçün nəzərdə tutulan balıqlarının qidalanma sahəsi daralır. "Dəniz səviyyəsinin dəyişməsinə təsir etmək imkanımız çox azdır. Bir tərəfdən tədqiqat aparmaq, modellər qurmaq və dəniz səviyyəsinin dəyişməsi ilə bağlı daha etibarlı uzunmüddətli proqnozlar əldə etmək lazımdır. Digər tərəfdən Xəzər dənizinin səviyyəsinin dəyişməsi nəticəsində yaranan təhlükə və risklərin qarşısının alınması üçün tədbirlər hazırlamaq lazımdır" - Şipulin sözünü yekunlaşdırıb. Xəzər dənizi haqqında Xəzər dənizi Yer kürəsinin ən böyük qapalı su hövzəsidir. Xəzər dənizinə 130-dan çox çay axır. Onlardan ən böyüyü Volqa, Ural, Terek, Sulak və Samurdur. Xəzərin sahilində beş dövlət var - Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran.2023-cü ildə Qazaxıstanın Aktau vilayətində çaylardan su axınının azalması nəticəsində Xəzər dənizinin sürətlə dayazlaşması ilə əlaqədar yerli fövqəladə vəziyyət elan edilib. Bu, yerli liman və balıqçılar üçün problem yaradıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240921/xezer-sahilden-500-metredek-uzaqlasib---sos-466959284.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41658/80/416588033_0:0:2731:2048_1920x0_80_0_0_248563b92e979fded94c259ccce35c43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəzər dənizi, su, səviyyə, azalma, artım
xəzər dənizi, su, səviyyə, azalma, artım
Ekspert: Yaxın 10 ildə Xəzər dənizinin səviyyəsi ən azı 1 metr aşağı düşə bilər
16:35 01.09.2024 (Yenilənib: 18:19 01.09.2024) Ümumrusiya Balıq Təsərrüfatı və Okeanoqrafiya Elmi-Tədqiqat İnstitutunun "Volqa-Xəzər" bölməsinin rəis müavini qeyd edib ki, dayazlaşma yağıntıların miqdarının dəyişməsi və dənizə axan çayların buxarlanma sürəti ilə bağlıdır.
BAKI, 1 sentyabr - Sputnik. Yaxın 10 ildə Xəzər dənizinin səviyyəsi daha 1 metr azala bilər. Bunu Rusiya Federasiyasının Dövlət Elmi Mərkəzi federal dövlət büdcə elmi müəssisəsinin Ümumrusiya Balıq Təsərrüfatı və Okeanoqrafiya Elmi-Tədqiqat İnstitutunun (RF DEM FDBEM "ÜRBTOETİ") "Volqa-Xəzər" bölməsinin rəis müavini Sergey Şipulin bildirib.
Çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşündə Xəzər dənizinin sonradan dayazlaşmasının qarşısını almaq üçün elmi təhlillərin aparılmasına göstəriş verib.
"Xəzər dənizinin səviyyəsi ilə bağlı proqnozlar barədə çox diqqətlə danışmaq lazımdır. Əgər dənizin su balansının dinamikası dəyişməzsə, o zaman dəniz səviyyəsinin hazırkı aşağı düşməsi sürəti ilə növbəti onillikdə biz dəniz səviyyəsində ən azı 1 m azalma ilə üzləşəcəyik", - Şipulin qeyd edib.
Onun sözlərinə görə, tarixi ərzində Xəzər dənizinin səviyyəsi dəfələrlə qalxıb və aşağı düşüb. Son 200 ildə səviyyənin dəyişmə diapazonu, təxminən 4 m, son 500 ildə - təxminən 7 m olub. Eyni zamanda, dənizin səviyyəsi 1977-ci ilə qədər azalıb, 1990-cı illərin ortalarına qədər isə artıb. Bu gün isə Xəzərin səviyyəsində yenidən azalma müşahidə olunur.
Şipulin dənizin dayazlaşmasının su hövzəsinin su balansının dəyişməsi, çay axınının dəyişməsi, o cümlədən dəniz akvtoriyasında və axan çayların hövzələrində yağıntı və buxarlanma miqdarının dəyişməsi ilə əlaqədar olduğuna diqqət çəkib. Eyni zamanda, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və qurunun yerdəyişməsi dənizin ekosistemində və insanların təsərrüfat fəaliyyətində güclü dəyişikliklərə səbəb olur. Xüsusilə, Xəzər dənizinin şimal hissəsində, Volqa deltasının qarşısındakı balıq ovu üçün nəzərdə tutulan balıqlarının qidalanma sahəsi daralır.
"Dəniz səviyyəsinin dəyişməsinə təsir etmək imkanımız çox azdır. Bir tərəfdən tədqiqat aparmaq, modellər qurmaq və dəniz səviyyəsinin dəyişməsi ilə bağlı daha etibarlı uzunmüddətli proqnozlar əldə etmək lazımdır. Digər tərəfdən Xəzər dənizinin səviyyəsinin dəyişməsi nəticəsində yaranan təhlükə və risklərin qarşısının alınması üçün tədbirlər hazırlamaq lazımdır" - Şipulin sözünü yekunlaşdırıb.
Xəzər dənizi Yer kürəsinin ən böyük qapalı su hövzəsidir. Xəzər dənizinə 130-dan çox çay axır. Onlardan ən böyüyü Volqa, Ural, Terek, Sulak və Samurdur. Xəzərin sahilində beş dövlət var - Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran.
2023-cü ildə Qazaxıstanın Aktau vilayətində çaylardan su axınının azalması nəticəsində Xəzər dənizinin sürətlə dayazlaşması ilə əlaqədar yerli fövqəladə vəziyyət elan edilib. Bu, yerli liman və balıqçılar üçün problem yaradıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.