Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Paşinyan: Ermənistan kommunikasiyaların açılmasında maraqlıdır

© Sputnik / Евгений Биятов / Mediabanka keçidNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.08.2024
Abunə olmaq
Paşinyan iddia edir ki, rusiyalı tərəfdaşların üçtərəfli bəyanata aidiyyəti olmayan və onun ruhuna zidd olan şərhləri səbəbindən regional kommunikasiyalar hələ də açılmayıb.
BAKI, 31 avqust — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regional kommunikasiyaların açılmasının məhz Ermənistan tərəfindən sabotaj edildiyi barədə fikirlərinə münasibət bildirib.

O qeyd edib ki, üçtərəfli bəyanata fraqmental nöqteyi-nəzərdən deyil, bütövlükdə yanaşılmalıdır.

“Rusiyalı tərəfdaşlarımızın üçtərəfli bəyanata aidiyyəti olmayan və onun ruhuna zidd olan şərhləri səbəbindən regional kommunikasiyalar hələ də açılmayıb. Ermənistan bu məsələni sabotaj etmir, əksinə, kommunikasiyaların açılmasında maraqlıdır. Bu layihə isə “Sülh kəsişməsi” adlanır”.
19.08.24, 17:27
Ermənistanın kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj edir - Lavrov
"Məhz İrəvan Ermənistanın Sünik bölgəsi ilə kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj edir, Moskva isə Ermənistanla Azərbaycan arasında sülhün tezliklə bağlanmasının tərəfdarıdır". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz sülh müqaviləsinin tezliklə bağlanmasının və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təəssüf ki, Ermənistanın Sünik bölgəsi ilə əlaqəyə gəldikdə, baş nazir Nikol Paşinyan tərəfindən imzalanan sazişi sabotaj edən Ermənistan rəhbərliyidir. Belə bir mövqenin nə mənası olduğunu anlamaq çətindir", - Lavrov bildirib.

Nazir vurğulayıb ki, bu gün əsas məsələ Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə əldə edilmiş üçtərəfli sazişlərin ruhuna və hərfinə əməl etməkdir.
"Üçtərəfli görüşlər və sənədlər çərçivəsində qoyulmuş təməl tam aktuallığını qoruyur", - nazir vurğulayıb.
2022-ci ildə İrəvan və Bakı Rusiya, ABŞ və Aİ-nin vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar. Ötən il mayın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, İrəvan Azərbaycanın sovet sərhədləri daxilində, yəni Qarabağla birlikdə suverenliyini tanımağa hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0