https://sputnik.az/20240830/zelenski-modiye-ukrayna-ile-bagli-konfrans-kecirmeye-cagirib---kv-467013087.html
Zelenski Modiyə Ukrayna ilə bağlı konfrans keçirməyə çağırıb - KİV
Zelenski Modiyə Ukrayna ilə bağlı konfrans keçirməyə çağırıb - KİV
Sputnik Azərbaycan
Mənbələrin bildirdiyinə görə, Hindistan Rusiya Federasiyasının nizamlanma prosesindən kənarda qalması səbəbindən təşəbbüslərə şübhə ilə yanaşırlar. 30.08.2024, Sputnik Azərbaycan
2024-08-30T18:42+0400
2024-08-30T18:42+0400
2024-08-30T18:42+0400
vladimir zelenski
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
rusiya
nüvə
konfrans
hindistan
zaporojye aes
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116969_0:160:3072:1888_1920x0_80_0_0_9f8802fca68d599276211683dd2911ce.jpg
BAKI, 30 avqust — Sputnik. Vladimir Zelenski Hindistanın baş naziri Narendra Modinin noyabrda ABŞ-da keçiriləcək seçkilərdən əvvəl Ukrayna üzrə nizamlanma ilə bağlı Hindistanda konfrans keçirməsini təklif edib. Bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər yayıb. Qeyd olunur ki, Modi Ukrayna ilə bağlı zirvə görüşünün keçirilməsinə hələ razılıq verməyib. Mənbələrin bildirdiyinə görə, Hindistan Rusiya Federasiyasının nizamlanma prosesindən kənarda qalması səbəbindən təşəbbüslərə şübhə ilə yanaşırlar. Bundan əvvəl Vladimir Zelenski Fransa mediasına müsahibəsində etiraf etməyə məcbur olub ki, bütün dünya, hətta özü də Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiyanın növbəti konfransda iştirakını istəyir, əks halda heç bir nəticə əldə edilməyəcək. İyulun əvvəlində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə Ukrayna ilə bağlı yeni sammitin mövzusunu şərh edərkən bildirib ki, Rusiya tərəfi ultimatumları qəbul etmir və belə tədbirlərdə iştirak etmək niyyətində deyil. İyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukrayna ilə bağlı konfrans keçirilib. Kreml bəyan edib ki, Ukrayna münaqişəsində Rusiyanın iştirakı olmadan vəziyyətdən çıxış yolları axtarmaq tamamilə məntiqsiz və əbəsdir. Konfransın yekunu üzrə birgə kommünike Kiyevi Zaporojye atom elektrik stansiyasına nəzarəti qaytarmağa çağırır, həmçinin Qara və Azov dənizlərində sərbəst hərəkət, bütün hərbi əsirlərin mübadiləsi və azad edilməsi çağırışlarını ehtiva edir. Sənəddə münaqişəyə son qoymaq üçün bütün tərəflər arasında dialoqun zəruriliyindən də danışılır.İclasda iştirak edən 91 nəfərdən yalnız 76-sı kommünikeni dəstəkləyib, yekun kommünike Ermənistan, Bəhreyn, Braziliya, Hindistan, İndoneziya, Liviya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Tailand və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən imzalanmayıb. Daha sonra İraq, İordaniya və Ruanda kommünikedən öz imzalarını geri götürüblər. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Kursk vilayətində terror aktından sonra düşmən tam məğlubiyyətə uğrayana qədər Kiyevlə danışıqlar aparılmayacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116969_171:0:2902:2048_1920x0_80_0_0_34986f195c5d70a93ebac22d02ce1977.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, ukrayna, rusiya, nüvə, konfrans, hindistan, zaporojye aes
vladimir zelenski, ukrayna, rusiya, nüvə, konfrans, hindistan, zaporojye aes
Zelenski Modiyə Ukrayna ilə bağlı konfrans keçirməyə çağırıb - KİV
Mənbələrin bildirdiyinə görə, Hindistan Rusiya Federasiyasının nizamlanma prosesindən kənarda qalması səbəbindən təşəbbüslərə şübhə ilə yanaşırlar.
BAKI, 30 avqust — Sputnik. Vladimir Zelenski Hindistanın baş naziri Narendra Modinin noyabrda ABŞ-da keçiriləcək seçkilərdən əvvəl Ukrayna üzrə nizamlanma ilə bağlı Hindistanda konfrans keçirməsini təklif edib. Bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər yayıb.
"Vladimir Zelenski ötən həftə baş nazir Narendra Modinin səfəri zamanı Hindistanda sammit keçirməyi təklif edib. Zelenski noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi liderlərin ikinci görüşünü keçirmək niyyətindədir", – nəşr yazır.
Qeyd olunur ki, Modi Ukrayna ilə bağlı zirvə görüşünün keçirilməsinə hələ razılıq verməyib.
Mənbələrin bildirdiyinə görə, Hindistan Rusiya Federasiyasının nizamlanma prosesindən kənarda qalması səbəbindən təşəbbüslərə şübhə ilə yanaşırlar.
Bundan əvvəl Vladimir Zelenski Fransa mediasına müsahibəsində etiraf etməyə məcbur olub ki, bütün dünya, hətta özü də Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiyanın növbəti konfransda iştirakını istəyir, əks halda heç bir nəticə əldə edilməyəcək.
İyulun əvvəlində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə Ukrayna ilə bağlı yeni sammitin mövzusunu şərh edərkən bildirib ki, Rusiya tərəfi ultimatumları qəbul etmir və belə tədbirlərdə iştirak etmək niyyətində deyil.
İyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukrayna ilə bağlı konfrans keçirilib. Kreml bəyan edib ki, Ukrayna münaqişəsində Rusiyanın iştirakı olmadan vəziyyətdən çıxış yolları axtarmaq tamamilə məntiqsiz və əbəsdir. Konfransın yekunu üzrə birgə kommünike Kiyevi Zaporojye atom elektrik stansiyasına nəzarəti qaytarmağa çağırır, həmçinin Qara və Azov dənizlərində sərbəst hərəkət, bütün hərbi əsirlərin mübadiləsi və azad edilməsi çağırışlarını ehtiva edir. Sənəddə münaqişəyə son qoymaq üçün bütün tərəflər arasında dialoqun zəruriliyindən də danışılır.
İclasda iştirak edən 91 nəfərdən yalnız 76-sı kommünikeni dəstəkləyib, yekun kommünike Ermənistan, Bəhreyn, Braziliya, Hindistan, İndoneziya, Liviya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Tailand və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən imzalanmayıb. Daha sonra İraq, İordaniya və Ruanda kommünikedən öz imzalarını geri götürüblər.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Kursk vilayətində terror aktından sonra düşmən tam məğlubiyyətə uğrayana qədər Kiyevlə danışıqlar aparılmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.