Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Kreml Monqolustanın BCM üzvü olmasından narahat deyil

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, arxiv
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, arxiv - Sputnik Azərbaycan, 1920, 30.08.2024
Abunə olmaq
Kreml rəsmisi qeyd edib ki, Rusiya prezidentinin "həbs edilməsi" ilə bağlı BCM-nin məsələsinin qaldırılması yolverilməzdir, Moskva onun yurisdiksiyasını tanımır və onun hər hansı qərarı hüquq nöqteyi-nəzərindən etibarsızdır.
BAKI, 30 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putinin Monqolustana səfərinin bütün aspektləri diqqətlə hazırlanıb. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Səfərin bütün aspektləri diqqətlə hazırlanıb. Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmasından Kreml narahat deyil. Monqolustandan olan dostlarımızla əla dialoqumuz var", - Peskov jurnalistin səfərlə razılaşmadan əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi orderlə bağlı Monqolustan hakimiyyəti ilə danışıqların olub-olmaması ilə bağlı sualını cavablandırıb.

Rusiya prezidenti Vladimir Putin Xalxin Qolda Sovet və Monqolustan silahlı qüvvələrinin birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün sentyabrın 3-də Monqolustana səfər edəcək.
Rusiyanın yurisdiksiyasını tanımayan BCM-nin məhkəməyə qədərki palatası Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. BCM Rusiya tərəfini, xüsusən də Rusiya hakimiyyətinin Ukrayna atəşindən xilas etdiyi və döyüş bölgəsindən təhlükəsiz ərazilərə apardığı uşaqları deportasiya etməkdə ittiham edir. Peskov qeyd edib ki, Rusiya prezidentinin "həbs edilməsi" ilə bağlı BCM-nin məsələsinin qaldırılması yolverilməzdir, Moskva onun yurisdiksiyasını tanımır və onun hər hansı qərarı hüquq nöqteyi-nəzərindən etibarsızdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0