https://sputnik.az/20240830/bu-gunedek-azad-olunan-erazilerde-18-kutlevi-mezarliq-askarlanib-467002715.html
Bu günədək azad olunan ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
Bu günədək azad olunan ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
Sputnik Azərbaycan
Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilib. 30.08.2024, Sputnik Azərbaycan
2024-08-30T13:24+0400
2024-08-30T13:24+0400
2024-08-30T13:24+0400
kütləvi məzarlıq
qarabağ
azərbaycan
qarabağ
ekskumasiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053077_0:160:3072:1888_1920x0_80_0_0_14b710400066ec206db3387e07d4621f.jpg
BAKI, 30 avqust — Sputnik. Hazırkı dövrədək erməni işğalından azad olunan ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanıb və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədovun məqaləsində qeyd olunub. Onun sözlərinə görə, həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilib. Xatırladaq ki, Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aprelin 30-da keçirilən brifinqdə bildirmişdi ki, hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkar edilib, həmin kütləvi məzarlıqlardan ən azı 172 nəfərə məxsus meyit qalıqları aşkar edilib. Onun sözlərinə görə, müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı konvensiyanın tələblərinə əsasən münaqişə tərəflərinin üzərinə cəsədlərin fərdi qaydada dəfn olunması, bundan əvvəl ölümün təsdiq olunması, ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və bu barədə hesabatın hazırlanması öhdəlik kimi qoyulub: "Cenevrə Konvensiyasına əsasən, münaqişə tərəfləri ölənlərin ləyaqətlə və mümkün qədər mənsub olduqları dinin tələblərinə uyğun şəkildə dəfn edilməsini, həmişə tapıla bilən olması üçün lazimi qaydada qorunmasını və nişanlanmasını təmin etməlidirlər. Kütləvi məzarlıqlara baxış keçirilərkən aşkar edilmiş insan qalıqlarının mövcud vəziyyətinə əsasən onların bir-birinin üzərində heç bir fərdiləşmə aparılmadan basdırıldığı müəyyənləşib".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053077_171:0:2902:2048_1920x0_80_0_0_7b6c57ba160605f8cd89a31829e98a40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kütləvi məzarlıq, azərbaycan, qarabağ, ekskumasiya
kütləvi məzarlıq, azərbaycan, qarabağ, ekskumasiya
Bu günədək azad olunan ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilib.
BAKI, 30 avqust — Sputnik. Hazırkı dövrədək erməni işğalından azad olunan ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanıb və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədovun məqaləsində qeyd olunub.
Onun sözlərinə görə, həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilib.
"Bununla yanaşı, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Bu istiqamət üzrə 16 nəfər itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib", - Dövlət Komissiyasının rəsmisi əlavə edib.
Xatırladaq ki, Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aprelin 30-da keçirilən brifinqdə bildirmişdi ki, hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkar edilib, həmin kütləvi məzarlıqlardan ən azı 172 nəfərə məxsus meyit qalıqları aşkar edilib.
Onun sözlərinə görə, müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı konvensiyanın tələblərinə əsasən münaqişə tərəflərinin üzərinə cəsədlərin fərdi qaydada dəfn olunması, bundan əvvəl ölümün təsdiq olunması, ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və bu barədə hesabatın hazırlanması öhdəlik kimi qoyulub:
"Cenevrə Konvensiyasına əsasən, münaqişə tərəfləri ölənlərin ləyaqətlə və mümkün qədər mənsub olduqları dinin tələblərinə uyğun şəkildə dəfn edilməsini, həmişə tapıla bilən olması üçün lazimi qaydada qorunmasını və nişanlanmasını təmin etməlidirlər. Kütləvi məzarlıqlara baxış keçirilərkən aşkar edilmiş insan qalıqlarının mövcud vəziyyətinə əsasən onların bir-birinin üzərində heç bir fərdiləşmə aparılmadan basdırıldığı müəyyənləşib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.