https://sputnik.az/20240830/a-nin-ermenistandaki-musahide-missiyasi-kesfiyyat-melumatlari-toplayir---sefir-467001620.html
Aİ-nin Ermənistandakı müşahidə missiyası kəşfiyyat məlumatları toplayır - Səfir
Aİ-nin Ermənistandakı müşahidə missiyası kəşfiyyat məlumatları toplayır - Səfir
Sputnik Azərbaycan
Yevdokimov qeyd edib ki, Ermənistanın xarici siyasəti narahatlıq doğurur, təhlükəsizlik sahəsində Qərblə əməkdaşlıq yaxşı heç nəyə gətirib çıxarmır. 30.08.2024, Sputnik Azərbaycan
2024-08-30T10:34+0400
2024-08-30T10:34+0400
2024-08-30T11:45+0400
rusiya
səfir
rusiya
azərbaycan
ermənistan
missiya
mixail yevdokimov
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1a/466911941_0:156:3000:1844_1920x0_80_0_0_f042f89cf5f4d5023df80239531d666f.jpg
BAKI, 30 avqust — Sputnik. Qərbin Cənubi Qafqazda əsas məqsədləri Rusiyanı sıxışdırıb çıxarmaq, eləcə də Avrasiyada inteqrasiya proseslərinə zərbə vurmaqdır. Bunu Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov RİA Novosti agentliyinə müsahibəsində bildirib. Səfir qeyd edib ki, əslində, Aİ-nin Ermənistandakı müşahidə missiyası Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayır. "Bu missiya Kanadadan bir "mütəxəssis"in də əlavə olunması ilə əslində şübhəli məqsədləri olan NATO əməliyyatına çevrilib. Missiyanın Qərbin hibrid müharibəsinin aləti olması onun məxfiliyini və istər Ermənistanın, istərsə də Azərbaycanın nəzarətində olmadığını təsdiqləyir". Yevdokimov qeyd edib ki, Ermənistanın xarici siyasəti narahatlıq doğurur, təhlükəsizlik sahəsində Qərblə əməkdaşlıq yaxşı heç nəyə gətirib çıxarmır. "Ümumiyyətlə, Ermənistanın hazırkı xarici siyasəti bu ölkənin gələcəyi ilə bağlı narahatlıq doğurur, bir qayda olaraq, heç də yaxşı nəticə vermir. Cənubi Qafqazda hər hansı problem xarici müdaxilə olmadan region dövlətləri tərəfindən öz həllini tapmalıdır. "3+3" Məşvərətçi Regional Platforması (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) bu baxımdan faydalıdır. Hazırda onun xarici işlər nazirləri səviyyəsində növbəti görüşünün vaxtı razılaşdırılır", - rusiyalı diplomat bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1a/466911941_167:0:2834:2000_1920x0_80_0_0_59c7ed0606e8502431267a264fd38b3d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
səfir, rusiya, azərbaycan, ermənistan, missiya, mixail yevdokimov
səfir, rusiya, azərbaycan, ermənistan, missiya, mixail yevdokimov
Aİ-nin Ermənistandakı müşahidə missiyası kəşfiyyat məlumatları toplayır - Səfir
10:34 30.08.2024 (Yenilənib: 11:45 30.08.2024) Yevdokimov qeyd edib ki, Ermənistanın xarici siyasəti narahatlıq doğurur, təhlükəsizlik sahəsində Qərblə əməkdaşlıq yaxşı heç nəyə gətirib çıxarmır.
BAKI, 30 avqust — Sputnik. Qərbin Cənubi Qafqazda əsas məqsədləri Rusiyanı sıxışdırıb çıxarmaq, eləcə də Avrasiyada inteqrasiya proseslərinə zərbə vurmaqdır. Bunu Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov RİA Novosti agentliyinə müsahibəsində bildirib.
"Qərbin müxtəlif ölkələrin və regionların işlərinə müdaxiləsi heç vaxt sülh yolu ilə nizamlanmaya gətirib çıxarmayıb. Avrasiyada inteqrasiya proseslərinə xələl gətirən bu məqsədə çatmaq üçün Vaşinqton və onun müttəfiqləri istənilən addımı atmağa, o cümlədən Kiyev rejimi kimi marionet hökumətlər vasitəsilə Rusiya ətrafında münaqişə mərkəzlərini qızışdırmağa hazırdırlar", - Rusiya səfiri bildirib.
Səfir qeyd edib ki, əslində, Aİ-nin Ermənistandakı müşahidə missiyası Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayır.
"Bu missiya Kanadadan bir "mütəxəssis"in də əlavə olunması ilə əslində şübhəli məqsədləri olan NATO əməliyyatına çevrilib. Missiyanın Qərbin hibrid müharibəsinin aləti olması onun məxfiliyini və istər Ermənistanın, istərsə də Azərbaycanın nəzarətində olmadığını təsdiqləyir".
Yevdokimov qeyd edib ki, Ermənistanın xarici siyasəti narahatlıq doğurur, təhlükəsizlik sahəsində Qərblə əməkdaşlıq yaxşı heç nəyə gətirib çıxarmır.
"Ümumiyyətlə, Ermənistanın hazırkı xarici siyasəti bu ölkənin gələcəyi ilə bağlı narahatlıq doğurur, bir qayda olaraq, heç də yaxşı nəticə vermir. Cənubi Qafqazda hər hansı problem xarici müdaxilə olmadan region dövlətləri tərəfindən öz həllini tapmalıdır. "3+3" Məşvərətçi Regional Platforması (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) bu baxımdan faydalıdır. Hazırda onun xarici işlər nazirləri səviyyəsində növbəti görüşünün vaxtı razılaşdırılır", - rusiyalı diplomat bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.