Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Putinin sülh planı Ukrayna üçün universal resept olaraq qalır

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 29.08.2024
Abunə olmaq
Putinin təşəbbüsünün mahiyyəti Kiyev hakimiyyətinin NATO-ya üzv olmaqdan imtina etməsi, Ukrayna rusdilli vətəndaşlarının hüquqlarının təmin edilməsi və Qərbin bütün anti-Rusiya sanksiyalarının qaldırılmasıdır.
BAKI, 29 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sülh təklifi münaqişənin kökünü aradan qaldırır, ona görə də onu Ukrayna böhranının həlli üçün universal və uzunmüddətli resept hesab etmək olar.
Bu barədə "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Əlbəttə, Rusiya prezidentinin sülh təşəbbüsü Ukrayna münaqişəsinin həlli üçün universal və uzunmüddətli resept olaraq qalacaq, çünki o, bu münaqişənin əsas səbəblərini aradan qaldırmağın yolunu göstərir" - diplomat qeyd edib.
O xatırladıb ki, Rusiya liderinin təşəbbüsünün mahiyyəti Ukrayna hərbçilərinin Rusiya Federasiyasının yeni bölgələrindən çıxarılması, Kiyev hakimiyyətinin NATO-ya üzv olmaqdan imtina etməsi, Ukrayna rusdilli vətəndaşlarının hüquqlarının təmin edilməsi və Qərbin bütün anti-Rusiya sanksiyalarının qaldırılmasıdır.
Zaxarova vurğulayıb ki, bu şərtlərin yerinə yetirilməsi Ukraynanı yenidən silahlandırmaq üçün münaqişənin dondurulmasına imkan verməyəcək, amma nəhayət, ona son qoyacaq.
O, əlavə edib ki, Rusiya həmişə Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasına çalışıb və sülh danışıqlarının başlanmasının tərəfdarı olub.
Bundan əvvəl Zaxarova bildirib ki, ABŞ Kiyevə Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməyə hazırlaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0