Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Xersonda xəstəxanaya dronlarla hücum edilib

© Sputnik / Станислав Красильников / Mediabanka keçidSəmada PUA
Səmada PUA - Sputnik Azərbaycan, 1920, 29.08.2024
Abunə olmaq
Xəstəxanaya PUA hücumu nəticəsində tibb bacısı yaralanıb, binaya, eləcə də uşaq şöbəsinə və əməliyyat otağına ziyan dəyib.
BAKI, 29 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin beş pilotsuz təyyarəsi Xerson vilayətinin Aleşki şəhərindəki xəstəxanaya hücum edib.
Vilayət qubernatoru Vladimir Saldo Telegram kanalında bildirib ki, hücum nəticəsində tibb bacısı yaralanıb, binalara ziyan dəyib.
“Ukraynalı terrorçular Xerson vilayətində bəşəriyyətə qarşı növbəti cinayət törədiblər: beş FPV pilotsuz uçuş aparatı Aleşkovski Mərkəzi Rayon Xəstəxanasına hücum edib, tibb bacısı yaralanıb, xəstəxanaya, o cümlədən uşaq şöbəsinə və əməliyyat otağına ziyan dəyib” – Saldo yazıb.
Onun sözlərinə görə, qadına ilkin tibbi yardım göstərilib, müalicə tam sağalana qədər davam edəcək.
“Düşmən çox yaxşı bilir ki, xəstəxanadan hərbi hospital kimi istifadə edilmir - orada heç bir hərbi qulluqçu yoxdur. Kiyev yaraqlıları yaxşı bilirlər ki, Mərkəzi Rayon Xəstəxanası Aleşkidə şəhər həyatının mərkəzlərindən biri rolunu oynayır. Nə qədər ki, xəstəxana işləyir, şəhər yaşayır. Onlar Aleşkini öldürmək üçün vururlar" - Saldo vurğulayıb.
Qubernator eyni zamanda xəstəxanaya dəyən ziyanın aradan qaldırılacağını, bu sektorda kontr tədbirlər görüləcəyini, radioelektron mübarizənin və hava hücumundan müdafiə sistemlərinin gücləndiriləcəyini vəd edib.
"Düşmən qəhrəman Aleşkinin müqavimətini qıra bilməyəcək" - Saldo əlavə edib.
Xersona dronlarla hücum edilib, azərbaycanlı sürücü xəsarət alıb
Ukraynanın Xerson şəhərinə yenidən dronlarla hücumlar edib.
Hücum nəticəsində dron zərbələrindən biri yolda hərəkət edən azərbaycanlının avtomobilinin üzərinə düşüb.
Əslən Azərbaycanın Lənkəran şəhərindən olan Rzayev Cəlil Qafur oğlunun avtomobili tamam yanıb, özü isə ağır yaralanıb. Hazırda həmyerlimiz Xerson xəstəxanasında reanimasiyadadır. Vəziyyəti kritik ağırdır (Report).
15.08.24, 23:46
Xerson vilayətində İlon Maskın "Starlink" antenaları məhv edilib
Rusiya hərbçiləri Xerson vilayətində Starlink peyk antenalarını, həmçinin Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları üçün təkrarlayıcıları sıradan çıxarıblar.
Bunu Rusiya Müdafiə Nazirliyi xəbər verib.
Düşmən hədəfləri Rusiyanin Dnepr qoşun qrupunun Ulyanovsk paraşütçüləri tərəfindən məhv edilib. Bu məqsədlə kvadrokopterlərdən istifadə edilib.
"Desantçı operatoru üzərinə sursat quraşdırılmış kvadrokopterin buraxılmasından sonra "Starlink" peyk antenaları və Ukrayna ordusunun bölmələri və PUA-ları ilə əlaqə saxlamaq üçün təkrarlayıcılar aşkar edib. Vurulacaq hədəflər müəyyən etdildikdən sonra həmin istiqamətə atəş açılıb" - idarədən jurnalistlərə bildiriblər.
Antenalar Dnepr çayının sağ sahilindəki uçuq-sökük binalarda gizlədilib.
Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin dəqiq zərbələrinin Ukrayna Silahlı Qüvvələrinin rabitəsini sıradan çıxardığını vurğulayıb.
Xatırladaq ki, "Starlink" peyk rabitə sistemini yerləşdirən "SpaceX" şirkəti amerikalı iş adamı İlon Maska məxsusdur.
Bundan əvvəl Rusiya Federasiyasının "Starlink" terminallarından necə istifadə etdiyi məlum olub.
Xəbər lenti
0