Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ən qısa zamanda silah istehsalını təşkil edir - Medvedev

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev  - Sputnik Azərbaycan, 1920, 29.08.2024
Abunə olmaq
Medvedev vurğulayıb ki, bütün dünya Rusiyanın düşmənlərini silahla təmin edir, Rusiya isə özü-özünü təmin edir və öz silahlarından məqsədlərinə çatmaq üçün yararlanır.
BAKI, 29 avqust — Sputnik. Rusiya Federasiyası xüsusi əməliyyatın başlaması ilə bu sahədə vəziyyəti sabitləşdirərək, müxtəlif silahların istehsalını sürətlə qurub.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bununla bağlı açıqlama verib. O, bu barədə "Vahid Rusiya" partiyasının namizədləri - xüsusi əməliyyatın iştirakçıları ilə görüşdə bildirib.
"Biz tez bir zamanda müxtəlif silahların istehsalını qurduq. Hazırda isə ümumilikdə təchizatla bağlı hər şey qaydasındadır" - Medvedev bildirib.
Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, XHƏ başa çatdıqdan sonra belə, gözlənilməz hallar zamanı onların ehtiyatını saxlamaq üçün xeyli miqdarda silah və zirehli texnika istehsalını davam etdirmək lazım gələcək.
Medvedev, həmçinin vurğulayıb ki, bütün dünya Rusiya düşmənlərini silahla təmin edir, Rusiya Federasiyası isə "özünü təmin edir" və öz silahlarından məqsədlərinə çatmaq üçün istifadə edir.
Qeyd edək ki, həmin görüşdə Medvedev hazırda Rusiyanın ən mühüm vəzifəsinin xüsusi hərbi əməliyyatda qələbə olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0