Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiyevin hücumları gərginliyi son həddə çatdırır - Peskov

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 28.08.2024
Abunə olmaq
Rusiya Prezidentinin sözçüsü deyib ki, kollektiv Qərb bu münaqişədə birbaşa iştirak edirlər.
BAKI, 28 avqust — Sputnik. Hazırda Ukrayna nizamlanması üzrə dinc danışıqlar üçün heç bir ilkin şərt yoxdur. Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

"Hazırda belə danışıqlar üçün heç bir ilkin şərtlərin olmadığı açıq-aydın görünür", - Peskov danışıqların mümkünlüyünü şərh edərkən qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Kursk bölgəsinə çağırışçıların göndərilməsi ilə bağlı iddiaları reallığın mütləq təhrifi adlandırıb.
Peskov deyib ki, kollektiv Qərb bu münaqişədə bilavasitə bu münaqişədə birbaşa iştirak edirlər.
Prezidentinin sözçüsü Türkiyədə qaz qovşağının yaradılması planları çərçivəsində işlərin davam etdiyini qeyd edib.
Xatırladaq ki, Vladimir Zelenski Ukrayna Rusiya Federasiyası ilə 2024-cü ilin sonunda başa çatacaq qaz tranziti müqaviləsini yeniləməyəcəyini açıqlayıb.

"Alternativ marşrutlar var, Türkiyədə qovşağın yaradılması planlaşdırılır, bununla bağlı işlər gedir, yəni alternativ yollar var", - Peskov qeyd edib.

Dmitri Peskov vurğulayıb ki, Kiyevin hücumları, Kursk bölgəsinin işğalı, gərginliyi son həddə çatdırır və narahatlıq üçün əsas var.
"Kursk vilayətində olduğu kimi hücumlar gərginliyi son həddə çatdıran hərəkətlərdir. Kursk AES-də nüvə təhlükəsinin artmasında Ukrayna tərəfinin günahı açıq-aşkardır", – Peskov jurnalistlərə bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0