Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Rusiyanın dəniz infrastrukturuna qarşı terror hücumları təşkil edir - Patruşev

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidRusiya Federasiyası Dəniz Kollegiyasının sədri Nikolay Patruşev
Rusiya Federasiyası Dəniz Kollegiyasının sədri Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 27.08.2024
Abunə olmaq
ABŞ və müttəfiqləri Rusiyanın Dünya Okeanının resurslarına çıxışına mane olmaq istəyirlər. Rusiyanın dəniz fəaliyyətini gözdən salmaq üçün kampaniya da başladılıb.
BAKI, 27 avqust - Sputnik. Qərb kəşfiyyat xidmətləri Rusiya ərazisində onun strateji əhəmiyyətli dəniz infrastrukturuna qarşı terror hücumları təşkil edirlər.
Bunu Rusiya prezidentin köməkçisi, Rusiya Federasiyası Dəniz Kollegiyasının sədri Nikolay Patruşev deyib.
O bildirib ki, ABŞ və müttəfiqləri Rusiyanın Dünya Okeanının resurslarına çıxışına mane olmaq istəyirlər. Bundan əlavə, Qərb Rusiya Federasiyasını mühüm dəniz nəqliyyatı kommunikasiyalarından istifadə etmək imkanından məhrum etməyə və ya məhdudlaşdırmağa, habelə Rusiyanın dəniz iqtisadi fəaliyyətini məhdudlaşdırmağa çalışır.
"Xarici kəşfiyyat xidmətləri ölkəmizin ərazisində strateji əhəmiyyətli dəniz infrastrukturuna qarşı terror aktları təşkil edirlər" - Patruşev Dənizçilik Kollegiyasının ilk iclasında deyib.
Patruşev bildirib ki, Rusiya Federasiyası üçün daşıma həyata keçirən şirkətlərə qarşı sanksiyalar, gəmi avadanlıqlarının tədarükünün dayandırılması, xarici gəmiqayırma zavodlarında Rusiya gəmilərinin tikintisinin dayandırılması ölkənin təhlükəsizliyinə təhdiddir. Rusiyanın dəniz fəaliyyətini gözdən salmaq üçün kampaniya da başladılıb.
Bundan əvvəl prezident Ronald Reyqanın köməkçisi Duq Bendou bildirib ki, “Şimal axını”nda ukraynalı dalğıcların terror aktlarında iştirakı ilə bağlı məlumatdan sonra Qərb Kiyevə dəstəyi qeyd-şərtsiz dayandırmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0