Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Durovla bağlı Fransaya verilmiş notaya cavab gözləyirik

© Sputnik / Алексей ФилипповSerqey Lavrov
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 27.08.2024
Abunə olmaq
Fransa prezidenti Emmanuel Makron söz azadlığının pozulması ilə bağlı ittihamlar fonunda Durovun həbsinin siyasi qərar olmadığını, bunun məhkəmə istintaqı çərçivəsində həyata keçirildiyini deyib.
BAKI, 27 avqust — Sputnik. Rusiya Fransadan Telegram-ın qurucusu Pavel Durovun saxlanılması ilə bağlı notaya cavab verməsini gözləyir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov Yəmənin xarici işlər naziri Şaya Möhsün əl-Zindani ilə danışıqların yekunu üzrə mətbuat konfransında deyib: "Bizim notamız nəzərdən keçirilir, biz bu notaya cavab gözləyirik".
Fransa mətbuatının yazdığına görə, Fransa vətəndaşlığı olan Durov ölkədə axtarışda olanlar siyahısında olub. Paris prokurorluğundan verilən açıqlamaya görə, Fransa hakimiyyəti Durovun internetdə qanunsuz fəaliyyətlər, o cümlədən uşaq pornoqrafiyasının yayılması və narkotik alveri ilə bağlı məlumatların gizlədilməsində iştirakını araşdırır. O, həmçinin hakimiyyətlə əməkdaşlıq etmək istəməməkdə şübhəli bilinir.
KİV-in məlumatına görə, Durovu 20 ilə qədər həbs cəzası gözləyə bilər. Durovun saxlanma müddəti avqustun 28-i başa çatır. Saxlanma müddəti başa çatmamış Durov məhkəməyə çıxarılmalıdır, ya da azadlığa buraxılmalıdır.
Fransa prezidenti Emmanuel Makron söz azadlığının pozulması ilə bağlı ittihamlar fonunda Durovun həbsinin siyasi qərar olmadığını, bunun məhkəmə istintaqı çərçivəsində həyata keçirildiyini və hökmü hakimlərin verəcəyini əlavə edib.
Rusiyanın Fransadakı səfirliyindən RİA Novosti-yə bildirilib ki, Fransa hakimiyyəti Durovun saxlanılması ilə bağlı indiyədək əməkdaşlıqdan imtina edib.
25.08.24
Rusiya Pavel Durovla bağlı Fransaya nota verib
Rusiyanın Parisdəki Səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək teleqram messencerinin saxlanılan həmtəsisçisi Pavel Durovla konsulluq əlaqəsi tələb edib.
Bunu "Rossiya-24" telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Parisdəki səfirliyimiz bu məlumatı alan kimi dərhal yerli tərəflə əlaqə saxlayıb və Fransa Xarici İşlər Nazirliyinə giriş tələbi ilə nota göndərib", - o deyib.
“Problem ondadır ki, Pavel Durov Fransa vətəndaşlığına malikdir" - diplomat qeyd edib.
Qeyd edək ki, teleqramın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.
Xəbər lenti
0