https://sputnik.az/20240827/baki-metropoliteninde-is-rejimi-guclendirilecek-466936782.html
Bakı metropolitenində iş rejimi gücləndiriləcək
Bakı metropolitenində iş rejimi gücləndiriləcək
Sputnik Azərbaycan
"Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq. 27.08.2024, Sputnik Azərbaycan
2024-08-27T21:00+0400
2024-08-27T21:00+0400
2024-08-27T21:00+0400
bakı metropoliteni
paytaxt xəbərləri
uefa çempionlar liqası
"qarabağ" fk
zaqreb
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610411_0:0:3071:1728_1920x0_80_0_0_d7d3aee3e7564337f59bf14fcbc1580d.jpg
BAKI, 27 avqust — Sputnik. Bakı metropoliteni "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyasında dəyişdirilmiş iş rejimində çalışacaq. Bu barədə Sputnik Azərbaycan "Bakı Metropoliteni" QSC-yə istinadən məlumat verir. Qurumun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, stansiya gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Saat 20:00-da başlanacaq matça tamaşaçı marağı, sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, əlavə tədbirlər də görüləcək. "Gənclik" stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq. "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq. Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qatarların hərəkəti qarşılaşma başa çatandan sonra məhz "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610411_0:0:2729:2047_1920x0_80_0_0_078520b8f8ed4c3f2bab1a0726d86d76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı metropoliteni, uefa çempionlar liqası, "qarabağ" fk, zaqreb
bakı metropoliteni, uefa çempionlar liqası, "qarabağ" fk, zaqreb
Bakı metropolitenində iş rejimi gücləndiriləcək
"Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
BAKI, 27 avqust — Sputnik. Bakı metropoliteni "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyasında dəyişdirilmiş iş rejimində çalışacaq.
Bu barədə Sputnik Azərbaycan "Bakı Metropoliteni" QSC-yə istinadən məlumat verir.
Qurumun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, stansiya gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Saat 20:00-da başlanacaq matça tamaşaçı marağı, sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, əlavə tədbirlər də görüləcək.
"Gənclik" stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.
"Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Qatarların hərəkəti qarşılaşma başa çatandan sonra məhz "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.