https://sputnik.az/20240826/rusiyanin-neft-sektoruna-qarsi-sanksiyalar-neft-bazarlarina-tesir-edir---pakistan-xn-466903324.html
Rusiyanın neft sektoruna qarşı sanksiyalar neft bazarlarına təsir edir - Pakistan XİN
Rusiyanın neft sektoruna qarşı sanksiyalar neft bazarlarına təsir edir - Pakistan XİN
Sputnik Azərbaycan
Ukraynada XHƏ başlayandan bəri Aİ artıq Rusiyaya qarşı 14 sanksiya paketi tətbiq edib. 26.08.2024, Sputnik Azərbaycan
2024-08-26T21:00+0400
2024-08-26T21:00+0400
2024-08-26T21:00+0400
rusiya
rusiya
pakistan
sanksiyalar
bazar
https://cdnn1.img.sputnik.az/img/07e8/01/03/461744978_0:130:3114:1881_1920x0_80_0_0_cf8a9348aea42ac6f2de73a10c96a387.jpg
BAKI, 26 avqust — Sputnik. Qərbin Rusiya neft sektoruna qarşı tətbiq etdiyi sanksiyalar qlobal neft bazarlarına təsir edir və Pakistan da regionun digər ölkələri kimi bu sahədə geosiyasi vəziyyətin təsiri altındadır. Bunu Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç "RİA Novosti" agentliyinə müsahibəsində deyib. Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi neft sanksiyaları 2022-ci il dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı (Aİ) dəniz yolu ilə daşınan Rusiya neftini qəbul etməyi dayandırıb, G7 ("Böyük yeddilik") ölkələri, Avstraliya və Aİ isə neftin dəniz yolu ilə daşınmasına bir barel üçün 60 dollar səviyyəsində limiti tətbiq edib - daha bahalı neftin daşınması və sığortalanması qadağandır. Buna cavab olaraq, Rusiya Prezidenti Vladimir Putin 2023-cü il fevralın 1-dən etibarən müqavilələrdə birbaşa və ya dolayı yolla maksimum qiymətin müəyyən edilməsi mexanizmindən istifadə nəzərdə tutularsa, neftin xarici tərəflərə tədarükünə qadağa qoyub. Qərb Ukraynaya görə Rusiyaya qarşı sanksiya təzyiqlərini artırıb ki, bu da Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub. 2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri Aİ artıq Rusiyaya qarşı 14 sanksiya paketi tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda söləyib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.O, qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/03/461744978_0:0:2732:2048_1920x0_80_0_0_c61fa7b9ccc12e7b8d2d99e94fc216b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, pakistan, sanksiyalar, bazar
rusiya, pakistan, sanksiyalar, bazar
Rusiyanın neft sektoruna qarşı sanksiyalar neft bazarlarına təsir edir - Pakistan XİN
Ukraynada XHƏ başlayandan bəri Aİ artıq Rusiyaya qarşı 14 sanksiya paketi tətbiq edib.
BAKI, 26 avqust — Sputnik. Qərbin Rusiya neft sektoruna qarşı tətbiq etdiyi sanksiyalar qlobal neft bazarlarına təsir edir və Pakistan da regionun digər ölkələri kimi bu sahədə geosiyasi vəziyyətin təsiri altındadır.
Bunu Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç "RİA Novosti" agentliyinə müsahibəsində deyib.
"Bizim dünyamızda hər şey bir-birinə bağlıdır. Əgər qtisadi tənəzzül baş verirsə, bu, hamıya təsir edir. Rusiya kimi böyük bir dövlət neft ixrac edə bilmədikdə, bu hal, neft bazarlarına təsir göstərir. Buna görə də belə bir vəziyyətdə geosiyasi vəziyyətin region ölkələrinə təsir etməsi tamamilə təbiidir və Pakistan da bu vəziyyətdə istisna deyil", - Pakistan XİN-in rəsmi nümayəndəsi ölkənin Rusiyaya və Çinə qarşı tətbiq olunan Qərb sanksiyalarının təsirini hiss edib-etməməsi ilə bağlı sualı cavablandırıb.
Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi neft sanksiyaları 2022-ci il dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı (Aİ) dəniz yolu ilə daşınan Rusiya neftini qəbul etməyi dayandırıb, G7 ("Böyük yeddilik") ölkələri, Avstraliya və Aİ isə neftin dəniz yolu ilə daşınmasına bir barel üçün 60 dollar səviyyəsində limiti tətbiq edib - daha bahalı neftin daşınması və sığortalanması qadağandır.
Buna cavab olaraq, Rusiya Prezidenti Vladimir Putin 2023-cü il fevralın 1-dən etibarən müqavilələrdə birbaşa və ya dolayı yolla maksimum qiymətin müəyyən edilməsi mexanizmindən istifadə nəzərdə tutularsa, neftin xarici tərəflərə tədarükünə qadağa qoyub.
Qərb Ukraynaya görə Rusiyaya qarşı sanksiya təzyiqlərini artırıb ki, bu da Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub. 2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri Aİ artıq Rusiyaya qarşı 14 sanksiya paketi tətbiq edib.
Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda söləyib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
O, qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.