Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna ilə danışıqlar mövzusu aktual deyil - Peskov

© Sputnik / Сергей Бобылев / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 26.08.2024
Abunə olmaq
Kreml sözçüsü Teleqramın təsisçisi Durovun saxlanmasına da münasibət bildirib.
BAKI, 26 avqust — Sputnik. Hazırda Ukrayna ilə danışıqlar mövzusu aktuallığını itirib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov Kursk vilayətinə hücumdan əvvəl Rusiya ilə Ukrayna arasında heç bir danışıqlar aparılmadığını bildirib.
Peskov Rusiya prezidenti Vladimir Putinin xüsusi əməliyyatın gedişi ilə bağlı daim məlumatlar aldığını açıqlayıb:

"Rusiya prezidenti xüsusi əməliyyatın gedişi barədə daim birinci əldən məlumat alır. Eyni zamanda Rusiya hərbi infrastruktura və əlaqəli obyektlərə zərbələr endirir".

Kreml sözçüsü Teleqramın təsisçisi Pavel Durovun saxlanmasına da münasibət bildirib. O, qeyd edib ki, Putinin Bakıya səfəri zamanı Durovla hər hansı görüş olmayıb. Eyni zamanda o bildirib ki, Durovun həbsi ilə bağlı indi şərh verməyi düzgün hesab etmir, çünki onun nədə ittiham olunduğu hələlik məlum deyil.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, avqustun 6-da səhər saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib, onların irəliləməsi dayandırılıb.
O, Kursk vilayətində əməliyyatın düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışı ilə yekunlaşacağını vurğulayıb.
Rusiya Müdafiə Nazirliyinin avqustun 25-də verdiyi məlumata görə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 5800-dən çox canlı qüvvə, 72 tank və 11 RYAS buraxılış qurğusunu itirib.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev rejimi təxribata əl atıb və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açır. Putin bildirib ki, düşmən layiqli cavabını alacaq, Rusiyanın qarşısında duran bütün məqsədlərə nail olunacaq.
Kurskda, həmçinin Belqorod və Bryansk vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Antiterror Əməliyyat Rejimi tətbiq olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0