https://sputnik.az/20240824/miqrantlarin-ailesinin-rusiyaya-gelisinin-qadagan-edilmesi-teklif-edilir-466768896.html
Miqrantların ailəsinin Rusiyaya gəlişinin qadağan edilməsi təklif edilir
Miqrantların ailəsinin Rusiyaya gəlişinin qadağan edilməsi təklif edilir
Sputnik Azərbaycan
Qanun layihəsinin müəllifləri qeyd edir ki, söhbət Rusiyada yalnız əmək müqaviləsi və ya patent əsasında qalan, Rusiya vətəndaşlığı kimi ölkədə yaşamaq üçün... 24.08.2024, Sputnik Azərbaycan
2024-08-24T18:16+0400
2024-08-24T18:16+0400
2024-08-25T08:45+0400
miqrantlar
rusiya
rusiya liberal demokrat partiyası
qanun
dövlət duması
rusiya
işçi
ailə
https://cdnn1.img.sputnik.az/img/07e8/08/19/466889250_0:160:3072:1888_1920x0_80_0_0_f1ca9d20615f214b61ebb0fa489183a8.jpg
BAKI, 24 avqust — Sputnik. Rusiya Liberal-Demokrat Partiyasından olan olan Dövlət Dumasının bir qrup deputatı RF vətəndaşlığı olmayan əmək miqrantlarının ailələrini ölkəyə gətirmək hüququnu məhdudlaşdıran qanun layihəsini avqustun 19-da Dövlət Dumasına təqdim edib. Bu barədə RİA Novosti məlumat yayıb. Qanun layihəsinin müəllifləri qeyd edir ki, söhbət Rusiyada yalnız əmək müqaviləsi və ya patent əsasında qalan, Rusiya vətəndaşlığı kimi ölkədə yaşamaq üçün başqa hüquqi əsaslara malik olmayan aşağı ixtisaslı mütəxəssislərdən gedir. Yüksək ixtisaslı əcnəbi işçilərin ailə üzvləri üçün istisna ediləcək:Təşəbbüs müəlliflərinin fikrincə, hazırda miqrantların uşaqları və işsiz həyat yoldaşlarının əmək müqaviləsi və ya patent əsasında Rusiyaya sərbəst şəkildə gedə bilməsi tendensiyası müşahidə olunur ki, bu da nəzarətsiz miqrasiya axınına və sosial gərginliyə səbəb olur.Qanun layihəsində o da nəzərdə tutulur ki, əmək miqrantının əmək müqaviləsi və ya patentinin olması artıq onun ailə üzvlərinin onunla Rusiyaya köçməsi üçün əsas olmayacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/19/466889250_171:0:2902:2048_1920x0_80_0_0_272ff155f7a73df45b6bdf6958df7d83.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
miqrantlar, rusiya liberal demokrat partiyası, qanun, dövlət duması, rusiya, işçi, ailə
miqrantlar, rusiya liberal demokrat partiyası, qanun, dövlət duması, rusiya, işçi, ailə
Miqrantların ailəsinin Rusiyaya gəlişinin qadağan edilməsi təklif edilir
18:16 24.08.2024 (Yenilənib: 08:45 25.08.2024) Qanun layihəsinin müəllifləri qeyd edir ki, söhbət Rusiyada yalnız əmək müqaviləsi və ya patent əsasında qalan, Rusiya vətəndaşlığı kimi ölkədə yaşamaq üçün başqa hüquqi əsaslara malik olmayan aşağı ixtisaslı mütəxəssislərdən gedir.
BAKI, 24 avqust — Sputnik. Rusiya Liberal-Demokrat Partiyasından olan olan Dövlət Dumasının bir qrup deputatı RF vətəndaşlığı olmayan əmək miqrantlarının ailələrini ölkəyə gətirmək hüququnu məhdudlaşdıran qanun layihəsini avqustun 19-da Dövlət Dumasına təqdim edib. Bu barədə RİA Novosti məlumat yayıb.
"Qanun layihəsi əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiya Federasiyasında müvəqqəti yaşayan əcnəbi vətəndaşın ailə üzvü kimi Rusiya Federasiyasının ərazisinə gələn əcnəbi vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına girişinin və əmək müqaviləsinin bağlanmasını qadağan edilməsini təklif edir", - layihədə qeyd olunur.
Qanun layihəsinin müəllifləri qeyd edir ki, söhbət Rusiyada yalnız əmək müqaviləsi və ya patent əsasında qalan, Rusiya vətəndaşlığı kimi ölkədə yaşamaq üçün başqa hüquqi əsaslara malik olmayan aşağı ixtisaslı mütəxəssislərdən gedir. Yüksək ixtisaslı əcnəbi işçilərin ailə üzvləri üçün istisna ediləcək:
"Miqrant işçilərin ailələri onları evdə gözləməlidir. Rusiyaya gələndə işləyən əcnəbilərin qohumları kompakt yaşayır, öz dillərində danışır və yerli sakinlərə hörmətsizliklə yanaşırlar. Miqrantlar mənzillərin kommunal xərclərini ödəmirlər və külli miqdarda borclar yığılır, bununla da mənzil sahibləri müqavilələri ləğv etmək məcburiyyətində qalırlar".
Təşəbbüs müəlliflərinin fikrincə, hazırda miqrantların uşaqları və işsiz həyat yoldaşlarının əmək müqaviləsi və ya patent əsasında Rusiyaya sərbəst şəkildə gedə bilməsi tendensiyası müşahidə olunur ki, bu da nəzarətsiz miqrasiya axınına və sosial gərginliyə səbəb olur.
Qanun layihəsində o da nəzərdə tutulur ki, əmək miqrantının əmək müqaviləsi və ya patentinin olması artıq onun ailə üzvlərinin onunla Rusiyaya köçməsi üçün əsas olmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.