https://sputnik.az/20240823/volodin-soltsun-siyaseti-almaniyani-muharibeye-surukleye-biler-466865157.html
Volodin: Şoltsun siyasəti Almaniyanı müharibəyə sürükləyə bilər
Volodin: Şoltsun siyasəti Almaniyanı müharibəyə sürükləyə bilər
Sputnik Azərbaycan
Şolts və hökuməti 20-ci əsrdə Almaniyanın dünya müharibəsinə başladığı, nəticədə nasist rejiminin və Almaniyanın məğlubiyyətə uğradığı dəhşətli faciədən nəticə... 23.08.2024, Sputnik Azərbaycan
2024-08-23T21:49+0400
2024-08-23T21:49+0400
2024-08-23T21:49+0400
vyaçeslav volodin
rusiya
olaf şolts
almaniya
hitler
ukrayna
kiyev
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441627020_0:0:2927:1646_1920x0_80_0_0_fe21f0ba9df50ca974464220a45225c2.jpg
BAKI, 23 avqust — Sputnik. Almaniya kansleri Olaf Şoltsun Ukraynadakı münaqişəni dəstəkləmək siyasəti göstərir ki, nasist tərəfdarları Almaniyanı yeni müharibəyə sürükləyə bilərlər. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. "Almaniya Avropa dövlətləri arasında Kiyevə əsas silah və maliyyə yardımı tədarükçüsünə çevrildiyi zaman Şoltsun Ukraynadakı müharibəni dəstəkləmək siyasəti göstərir ki, nasist tərəfdarları Almaniyanı yeni müharibəyə sürükləyə bilərlər" – deyə Volodin Telegram kanalında yazıb. Almaniya liderləri tarixi xatırlasınlar. Onun sözlərinə görə, Şolts və hökuməti 20-ci əsrdə Almaniyanın dünya müharibəsinə başladığı, nəticədə nasist rejiminin və Almaniyanın məğlubiyyətə uğradığı dəhşətli faciədən nəticə çıxarmayıb. ""Hitler bütün bəşəriyyətə, müxtəlif dövlətlərin vətəndaşlarına böyük əzablar gətirdi və sonda hamısı alman xalqının əleyhinə çevrildi. Nasizm o zaman məğlub oldu, indi də məhv ediləcək. Üçüncü Reyxin nümunələri ilə hərəkət edənlər Böyük Vətən Müharibəsi illərindəki nasistlərin eyni aqibəti ilə üzləşəcəklər. Bugünkü Almaniyanın rəhbərliyi bunu həmişəlik xatırlamalıdır" - Dövlət Dumasının sədri qeyd edib.
kiyev
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441627020_0:0:2731:2048_1920x0_80_0_0_63fed5e87bbe00f4142760ccc3c01967.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
vyaçeslav volodin, olaf şolts, almaniya, hitler, ukrayna, kiyev
vyaçeslav volodin, olaf şolts, almaniya, hitler, ukrayna, kiyev
Volodin: Şoltsun siyasəti Almaniyanı müharibəyə sürükləyə bilər
Şolts və hökuməti 20-ci əsrdə Almaniyanın dünya müharibəsinə başladığı, nəticədə nasist rejiminin və Almaniyanın məğlubiyyətə uğradığı dəhşətli faciədən nəticə çıxarmayıb.
BAKI, 23 avqust — Sputnik. Almaniya kansleri Olaf Şoltsun Ukraynadakı münaqişəni dəstəkləmək siyasəti göstərir ki, nasist tərəfdarları Almaniyanı yeni müharibəyə sürükləyə bilərlər. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
"Almaniya Avropa dövlətləri arasında Kiyevə əsas silah və maliyyə yardımı tədarükçüsünə çevrildiyi zaman Şoltsun Ukraynadakı müharibəni dəstəkləmək siyasəti göstərir ki, nasist tərəfdarları Almaniyanı yeni müharibəyə sürükləyə bilərlər" – deyə Volodin Telegram kanalında yazıb. Almaniya liderləri tarixi xatırlasınlar.
Onun sözlərinə görə, Şolts və hökuməti 20-ci əsrdə Almaniyanın dünya müharibəsinə başladığı, nəticədə nasist rejiminin və Almaniyanın məğlubiyyətə uğradığı dəhşətli faciədən nəticə çıxarmayıb.
""Hitler bütün bəşəriyyətə, müxtəlif dövlətlərin vətəndaşlarına böyük əzablar gətirdi və sonda hamısı alman xalqının əleyhinə çevrildi. Nasizm o zaman məğlub oldu, indi də məhv ediləcək. Üçüncü Reyxin nümunələri ilə hərəkət edənlər Böyük Vətən Müharibəsi illərindəki nasistlərin eyni aqibəti ilə üzləşəcəklər. Bugünkü Almaniyanın rəhbərliyi bunu həmişəlik xatırlamalıdır" - Dövlət Dumasının sədri qeyd edib.