Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Fişerin sözləri tamamilə yalandır - Zaxarova

© Sputnik / Рамиль СитдиковMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 22.08.2024
Abunə olmaq
Rusiyadan Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib.
BAKI, 22 avqust — Sputnik. Rusiya tərəfi "Şimal axını"nıdakı partlayışlarla bağlı Almaniya ilə rəsmi ikitərəfli məsləhətləşmələr aparmaqda israrlıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü bildirib.
"Almaniya Rusiya tərəfinə bu təhqiqatla bağlı əllərində olan faktları təqdim etmir. Baxmayaraq ki, Rusiya mövcud qaydalara uyğun olaraq rəsmi ikitərəfli məsləhətləşmələr aparmaqda israrlıdır. Bu BMT-nin antiterror konvensiyalarında nəzərdə tutulub. Almaniyanın "Şimal axını"nda terror aktları ilə bağlı Rusiya Federasiyası ilə məlumat mübadiləsinə dair bəyanatları yalandır" - Zaxarova bildirib.
Zaxarova xatırladıb ki, daha əvvəl Almaniyanın xarici işlər naziri Sebastyan Fişer Berlinin guya Moskva ilə "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində terror aktları ilə bağlı müəyyən məlumat mübadiləsi apardığını deyib.
"Təxminən iki ildir ki, Almaniya tərəfi "Şimal axını"nın bombalanması ilə bağlı Rusiyanın səlahiyyətli orqanlarının bütün müraciətlərinə yalnız boş cavablar və bəhanələrlə cavab verib. Vurğulamaq lazımdır ki, cənab Fişerin qeyd etdiyi sözlər tamamilə yalandır", Zaxarova bildirib.
Rusiyadan Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç planlanmış təxribatı istisna etməyiblər.
"Şimal axını"nın operatoru olan "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinin dağıdılması misli görünməmiş bir hadisədir və təmirin müddətini təxmin etmək mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya dəfələrlə "Şimal axını"nda partlayışlar barədə məlumat tələb edib, lakin heç vaxt məlumat almayıb.
Xəbər lenti
0