Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ eyni anda üç müharibəni dəstəkləsə, uduzacaq

© AP Photo / Julio CortezƏlində ABŞ bayrağı olan şəxs, arxiv
Əlində ABŞ bayrağı olan şəxs, arxiv - Sputnik Azərbaycan, 1920, 22.08.2024
Abunə olmaq
Bir neçə cəbhədə müharibələrdə iştirak edən güclər ən çox məğlub olurlar.
BAKI, 22 avqust — Sputnik. Vaşinqtonun eyni vaxtda bir neçə hərbi münaqişədə iştirakı onun məğlubiyyətinə səbəb olacaq. Bu barədə Çinin "Global Times" qəzeti yazıb.
Materialda deyilib ki, bir neçə cəbhədə müharibələrdə iştirak edən güclər ən çox məğlub olurlar. ABŞ-ın Ukraynaya dəstəyi artıq ABŞ resurslarını tükəndirir. Fələstin-İsrail münaqişəsi başlayandan bəri isə Kiyev üçün nəzərdə tutulan sursatın çox hissəsi İsrailə göndərilib.
Həmçinin, Vaşinqton Asiya-Sakit okean regionunda qızışdırdığı münaqişənin öhdəsindən gələ bilməyə bilər.

"ABŞ eyni anda üç hərbi münaqişəyə qarışsa, hərbi-sənaye kompleksi çiçəklənəcək, lakin ümumilikdə ölkə əziyyət çəkəcək", – məqalədə qeyd edilib.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Andrey Belousov Ukraynadakı xüsusi əməliyyatı Rusiya ilə kollektiv Qərb arasında qarşıdurma adlandırmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0