https://sputnik.az/20240821/bakida-rayon-icra-bascilarina-qanunsuz-tikililerle-bagli-ciddi-xeberdarliq-edilib-466818124.html
Bakıda rayon icra başçılarına qanunsuz tikililərlə bağlı ciddi xəbərdarlıq edilib
Bakıda rayon icra başçılarına qanunsuz tikililərlə bağlı ciddi xəbərdarlıq edilib
Sputnik Azərbaycan
Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə olunub və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib. 21.08.2024, Sputnik Azərbaycan
2024-08-21T12:59+0400
2024-08-21T12:59+0400
2024-08-21T13:00+0400
bakı
paytaxt xəbərləri
icra başçısı
bakı şəhər icra hakimiyyəti
https://cdnn1.img.sputnik.az/img/41441/86/414418631_0:8:2000:1133_1920x0_80_0_0_7d7171e88c3a2b4966b58525f8336d1d.jpg
BAKI, 21 avqust — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonları icra hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. BŞİH-in mətbuat xidmətindən bildirilib ki, müşavirədə bir sıra məsələlər, o cümlədən paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələri müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin son vaxtlar Binəqədi və Yasamal rayonlarında bu istiqamətdə müsbət dəyişikliklərin müşahidə edildiyi vurğulanıb. Paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə olunub və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib. Tədbirdə çıxış edən Baki Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onların təmiz işləmələrini və təvazökar olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzi mənfi hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon icra hakimiyyətlərin başçılarına ciddi xəbərdarlıq edilərək təcili tədbirlərin görülməsi tələb olunub. Bildirilib ki, BŞİH-nin monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələr bir aydan sonra yenidən müzakirəyə çıxarılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41441/86/414418631_240:0:1761:1141_1920x0_80_0_0_dc4978d1faf249dbe82596dbcd03f3ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, icra başçısı, bakı şəhər icra hakimiyyəti
bakı, icra başçısı, bakı şəhər icra hakimiyyəti
Bakıda rayon icra başçılarına qanunsuz tikililərlə bağlı ciddi xəbərdarlıq edilib
12:59 21.08.2024 (Yenilənib: 13:00 21.08.2024) Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə olunub və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib.
BAKI, 21 avqust — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonları icra hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
BŞİH-in mətbuat xidmətindən bildirilib ki, müşavirədə bir sıra məsələlər, o cümlədən paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir.
Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələri müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin son vaxtlar Binəqədi və Yasamal rayonlarında bu istiqamətdə müsbət dəyişikliklərin müşahidə edildiyi vurğulanıb. Paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə olunub və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib.
Tədbirdə çıxış edən Baki Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onların təmiz işləmələrini və təvazökar olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzi mənfi hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon icra hakimiyyətlərin başçılarına ciddi xəbərdarlıq edilərək təcili tədbirlərin görülməsi tələb olunub.
Bildirilib ki, BŞİH-nin monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələr bir aydan sonra yenidən müzakirəyə çıxarılacaq.