SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan bizdən başqa kimə lazımdır? - Lukaşenko

© Sputnik / Dmitriy Astahov / Mediabanka keçidBelarus prezidenti Aleksandr Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko  - Sputnik Azərbaycan, 1920, 20.08.2024
Abunə olmaq
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın apardığı xarici siyasi kursa toxunub.
BAKI, 20 avqust — Sputnik. Bəzi postsovet məkanı ölkələri Rusiyadan nəsə almaq istəyirlər, amma əvəzində heç nə vermirlər". Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O, fövqəladə hallarda MDB ölkələrinin kömək üçün Rusiya və Belarusa müraciət edəcəyinə əmin olduğunu bildirib.
Prezident həmçinin postsovet məkanında qurulan iqtisadi əlaqələri pozmamağa çağırıb: "Nə Qazaxıstanı, nə də Özbəkistanı ABŞ-da, ya da Avropa İttifaqında gözləyirlər".
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın apardığı xarici siyasi kursa toxunub.
O bildirib ki, indiki vəziyyətdə Ermənistan region ölkələri ilə münasibətləri inkişaf etdirməlidir.
"Ermənistan bizdən başqa kimə lazımdır?! Heç kimə. Elə isə iqtisadiyyatını inkişaf etdirib öz resurslarına köklənsin. Hansı Fransa və ya hansı Makron? Sabah o da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq", - Lukaşenko deyib.
Xəbər lenti
0