Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Almaniya bu mövzuda müzakirə aparmırlar - XİN

© Sputnik / Евгений ОдиноковRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.08.2024
Abunə olmaq
Rusiya XİN rəsmisi bildirib ki, Kanada uzun müddət Qərbin Rusiyanın enerji sənayesinə qarşı birtərəfli sanksiyalarını əsas gətirərək turbini qaytarmaqdan imtina edib.
BAKI, 19 avqust — Sputnik. Moskva və Berlin "Şimal axını" qaz kəməri üçün təmir edilmiş turbininin Rusiyaya qaytarılmasını diplomatik səviyyədə müzakirə etmirlər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Avropa departamentinin direktoru Oleq Tyapkin RİA Novosti-yə bildirib.

"Bu problem indi diplomatik səviyyədə müzakirə edilmir", - o agentliyə müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, turbin hadisəsində xronologiya son dərəcə diqqətəlayiqdir.
"Birinci mərhələdə "Şimal axını"nın normal fəaliyyəti üçün zəruri olan bu qurğunun təmirə təhvil verildiyi Kanada uzun müddət Qərbin Rusiyanın enerji sənayesinə qarşı birtərəfli sanksiyalarını əsas gətirərək onu qaytarmaqdan imtina etdi. Sonra Berlin buna baxmayaraq, Ottavanı "istisna hal olaraq" turbinini Almaniya tərəfinə təhvil verməyə inandırdı, çünki bu ölkə açıq-aydın Almaniyanın enerjitutumlu sənayesi üçün lazım olan həcmdə ölkəmizdən qaz tədarükünü bərpa etməkdə maraqlı idi", - o qeyd edib.
Tyapkin xatırladıb ki, 2022-ci ilin avqustunda Almaniya hakimiyyəti turbini Rusiyaya qaytarmağa hazır olduqlarını açıqlayıb. "Qazprom"un Avropa İttifaqından hüquqi təminat alması ilə sanksiya riskləri istisna olmaqla problemin həllinin hipotetik ehtimalı var.

"Ancaq sözün əsl mənasında bir ay sonra – elə həmin 2022-ci ilin sentyabrında "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərini sıradan çıxaran terror aktları törədildi. Aydındır ki, kimsə onların fəaliyyətinin bərpasının qarşısını almaqda son dərəcə maraqlı idi", - o, yekunlaşdırıb.

Rusiyadan Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç planlanmış təxribatı istisna etməyiblər.
"Şimal axını"nın operatoru olan "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinin dağıdılması misli görünməmiş bir hadisədir və təmirin müddətini təxmin etmək mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya dəfələrlə "Şimal axını"nda partlayışlar barədə məlumat tələb edib, lakin heç vaxt məlumat almayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0