Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri başa çatıb

© Official website of President of Azerbaijan RepublicRusiya Prezidenti Vladimir Putin, arxiv
Rusiya Prezidenti Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 19.08.2024
Abunə olmaq
Rusiya Prezidenti avqustun 18-də iki günlük dövlət səfəri üçün Bakıya gəlib. Bazar ertəsi Putin və Əliyev dar və geniş tərkibdə danışıqlar aparıblar.
BAKI, 19 avqust - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri avqustun 19-da başa çatıb. Azərtac xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rusiya Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola salıblar.
19.08.24, 19:35
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda Gülüstan sarayında keçirilən dövlət ziyafətindən sonra vidalaşıblar. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.
Qəbuldan sonra Əliyev Putini “Arus” markalı avtomobilinə qədər müşayiət edib və rusiyalı həmkarı ilə vidalaşıb.
“Tezliklə görüşənədək”, - Əliyev deyib.
Sonra prezidentlər qucaqlaşıblar. Rusiya prezidentinin korteji hərəkət etməyə başlayanda Əliyev Putinə əl yelləyib.
Xatırladaq ki, Putin avqustun 18-də iki günlük dövlət səfəri üçün Bakıya gəlib. Bazar ertəsi Putin və Əliyev dar və geniş tərkibdə danışıqlar aparıb, həmçinin bir sıra sənədlər imzalayıblar.
Bundan əlavə, dövlət başçıları Bakıdakı Müqəddəs Mirradaşıyan Qadınlar Katedralini və Ağ Şəhərin ərazisini ziyarət ediblər.
Putin səhər saatlarında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanındakı “Əbədi məşəl” abidəsi önünə əklillər qoyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0