https://sputnik.az/20240819/abs-icaze-vermeseydi-zelenski-kurska-hucum-etmezdi---lavrov-466784770.html
ABŞ icazə verməsəydi, Zelenski Kurska hücum etməzdi - Lavrov
ABŞ icazə verməsəydi, Zelenski Kurska hücum etməzdi - Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri vurğulayıb ki, bu gün Avropanı ucuz Rusiya yanacağından məhrum edən "Şimal axını" partlayışlarının arxasında Vaşinqtonun dayandığına heç kim... 19.08.2024, Sputnik Azərbaycan
2024-08-19T18:00+0400
2024-08-19T18:00+0400
2024-08-19T18:00+0400
lavrov
rusiya
rusiya xin
vladimir zelenski
kursk
vilayət
ukrayna
silahlı qüvvələr
"şimal axını-2"
https://cdnn1.img.sputnik.az/img/07e8/04/13/464037380_0:173:3026:1875_1920x0_80_0_0_3eef746ce6924325cf9fdd7225fd16c0.jpg
BAKI, 19 avqust — Sputnik. Əgər ABŞ göstəriş verməsəydi, Vladimir Zelenski Kursk vilayətinə hücum etmək qərarına gəlməzdi. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Nazir vurğulayıb ki, bu gün Avropanı ucuz Rusiya yanacağından məhrum edən "Şimal axını" partlayışlarının arxasında Vaşinqtonun dayandığına heç kim şübhə etmir. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, avqustun 6-da səhər saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib, onların irəliləməsi dayandırılıb.O, Kursk vilayətində əməliyyatın düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışı ilə yekunlaşacağını vurğulayıb. Rusiya Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 3,8 minə qədər hərbçi və 54 tank itirib. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev rejimi təxribata əl atıb və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açır. Putin bildirib ki, düşmən layiqli cavabını alacaq, Rusiyanın qarşısında duran bütün məqsədlərə nail olunacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/13/464037380_148:0:2879:2048_1920x0_80_0_0_3be7b2041f2b0f121c04253ba980e9f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, rusiya xin, vladimir zelenski, kursk, vilayət, ukrayna, silahlı qüvvələr, "şimal axını-2"
lavrov, rusiya xin, vladimir zelenski, kursk, vilayət, ukrayna, silahlı qüvvələr, "şimal axını-2"
ABŞ icazə verməsəydi, Zelenski Kurska hücum etməzdi - Lavrov
Rusiya XİN rəhbəri vurğulayıb ki, bu gün Avropanı ucuz Rusiya yanacağından məhrum edən "Şimal axını" partlayışlarının arxasında Vaşinqtonun dayandığına heç kim şübhə etmir.
BAKI, 19 avqust — Sputnik. Əgər ABŞ göstəriş verməsəydi, Vladimir Zelenski Kursk vilayətinə hücum etmək qərarına gəlməzdi. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Oğrunun başında papağı çoxdan yanıb. "Bizim bununla heç bir əlaqəmiz yoxdur", "bizdən heç kim soruşmadı" ifadələri sonradan "bəli, bizə yaxınlaşdılar, icazə vermədik, amma Zalujnı itaətsizlik etdi" ifadəsinə çevrildi. Bu uşaq söhbətidir. Hamı çox gözəl anlayır ki, Zelenski heç vaxt belə qərara gəlməzdi. Əgər ABŞ bunu ona həvalə etməsəydi, o, heç vaxt belə qərara gəlməzdi", – Lavrov "Rossiya" jurnalisti Pavel Zarubinə Qərb ölkələrinin Kiyevin Kursk bölgəsinə hücumlarına münasibətini şərh edərkən deyib.
Nazir vurğulayıb ki, bu gün Avropanı ucuz Rusiya yanacağından məhrum edən "Şimal axını" partlayışlarının arxasında Vaşinqtonun dayandığına heç kim şübhə etmir.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, avqustun 6-da səhər saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib, onların irəliləməsi dayandırılıb.
O, Kursk vilayətində əməliyyatın düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışı ilə yekunlaşacağını vurğulayıb. Rusiya Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 3,8 minə qədər hərbçi və 54 tank itirib.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev rejimi təxribata əl atıb və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açır. Putin bildirib ki, düşmən layiqli cavabını alacaq, Rusiyanın qarşısında duran bütün məqsədlərə nail olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.