Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya dövlət başçısı Azərbaycana gəlir

© Sputnik / Сергей Савостьянов / POOL / Mediabanka keçidAzərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 18.08.2024
Abunə olmaq
Səfərin yekunları üzrə dövlət başçılarının Birgə Bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.
BAKI, 16 avqust — Sputnik. Rusiya federasiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, habelə aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.
Səfərin yekunları üzrə dövlət başçılarının Birgə Bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.
Xatırladaq ki, 2022-ci ilin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Rusiya lideri sonuncu dəfə 2018-ci ildə Azərbaycana səfər edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0