https://sputnik.az/20240818/kiyev-ucun-doyus-meydaninda-veziyyet-ehemiyyetli-derecede-pislesib---ritter-464319266.html
Rusiya ilə müharibə olarsa, Qərbin peykləri məhv ediləcək - Ritter
Rusiya ilə müharibə olarsa, Qərbin peykləri məhv ediləcək - Ritter
Sputnik Azərbaycan
ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter deyib ki, Rusiya “Qərbin Axilles dabanının yerini bilir”. 18.08.2024, Sputnik Azərbaycan
2024-08-18T08:03+0400
2024-08-18T08:03+0400
2024-08-18T23:41+0400
kiyev
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
ağ ev
rusiya müdafiə nazirliyi
abş
peyk
hərbi peyk
https://cdnn1.img.sputnik.az/img/42384/86/423848633_0:23:1200:698_1920x0_80_0_0_b71465f846a51cc0d93af1f5b5fde8c8.jpg
BAKI, 18 avqust — Sputnik. Şimali Atlantika Alyansı ölkələri onunla müharibəyə başlayarsa, Rusiya Federasiyasının ilk addımı peyklərin məhv edilməsi olacaq.ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter belə bir fikir bildirib.“Əgər biz nə vaxtsa Rusiya ilə real müharibədə olsaq, baş verəcək ilk şey odur ki, bütün peyklərimiz məhv olaraq fəaliyyətini dayandıracaq” - o, “Through the Eyes of” YouTube kanalında bildirib.Ritter qeyd edib ki, Rusiya tərəfi “Qərbin bu Axilles dabanının yerini bilir”.O, ABŞ və müttəfiqlərinin çoxsaylı peyklərdən çox asılı olduğunu vurğulayıb.“Bu cür cihazların məhv edilməsi “ABŞ müdafiə sisteminin normal fəaliyyətinin pozulmasına səbəb olacaq” – kəşfiyyatçı sözünü tamamlayıb.Bundan əvvəl bildirilmişdi ki, Ritter Şimali Atlantika Alyansını Kursk vilayətində baş verənlərlə bağlı Rusiya Federasiyasına müdaxilədə ittiham edib.02.05.24, 11:43Kiyev üçün döyüş meydanında vəziyyət əhəmiyyətli dərəcədə pisləşib - RitterUkrayna ordusunun cəbhənin müxtəlif hissələrindən çıxarılması Kiyev üçün döyüş meydanında vəziyyətin əhəmiyyətli dərəcədə pisləşdiyini göstərir və bu, böyük strateji geri çəkilməyə çevrilə bilər. Bunu təqaüddə olan ABŞ Dəniz Kəşfiyyatı zabiti və hərbi analitik Skott Ritter deyir. "Ukrayna geri çəkilirsə, deməli, vəziyyət həqiqətən də pisləşib. Geri çəkilməkdən bəhs etməyimizin özü ukraynalılar üçün vəziyyətin dəhşətli dərəcədə pisləşdiyini göstərir" - o deyib. Ritterin fikrincə, Ukrayna Silahlı Qüvvələri cəbhə xəttini qorumaq üçün kifayət qədər qüvvəyə malik deyil və bu səbəbdən hətta ABŞ-ın son yardım paketi də döyüş meydanındakı vəziyyətə ciddi təsir göstərməyəcək. Keçmiş kəşfiyyatçı hesab edir ki, Ukrayna ordusunun cəbhənin müxtəlif bölmələrində bir sıra taktiki geri çəkilmələri tədricən strateji geri çəkilməyə çevriləcək, bundan sonra Rusiya qoşunları Nikolayev və Odessa istiqamətində irəliləyəcək. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42384/86/423848633_120:0:1080:720_1920x0_80_0_0_1005b5151f62e9902fe0597c344cae63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kiyev, ukrayna, ağ ev, rusiya müdafiə nazirliyi, abş, peyk, hərbi peyk
kiyev, ukrayna, ağ ev, rusiya müdafiə nazirliyi, abş, peyk, hərbi peyk
Rusiya ilə müharibə olarsa, Qərbin peykləri məhv ediləcək - Ritter
08:03 18.08.2024 (Yenilənib: 23:41 18.08.2024) ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter deyib ki, Rusiya “Qərbin Axilles dabanının yerini bilir”.
BAKI, 18 avqust — Sputnik. Şimali Atlantika Alyansı ölkələri onunla müharibəyə başlayarsa, Rusiya Federasiyasının ilk addımı peyklərin məhv edilməsi olacaq.
ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter belə bir fikir bildirib.
“Əgər biz nə vaxtsa Rusiya ilə real müharibədə olsaq, baş verəcək ilk şey odur ki, bütün peyklərimiz məhv olaraq fəaliyyətini dayandıracaq” - o, “Through the Eyes of” YouTube kanalında bildirib.
Ritter qeyd edib ki, Rusiya tərəfi “Qərbin bu Axilles dabanının yerini bilir”.
O, ABŞ və müttəfiqlərinin çoxsaylı peyklərdən çox asılı olduğunu vurğulayıb.
“Bu cür cihazların məhv edilməsi “ABŞ müdafiə sisteminin normal fəaliyyətinin pozulmasına səbəb olacaq” – kəşfiyyatçı sözünü tamamlayıb.
Bundan əvvəl bildirilmişdi ki, Ritter Şimali Atlantika Alyansını Kursk vilayətində baş verənlərlə bağlı Rusiya Federasiyasına müdaxilədə ittiham edib.
Kiyev üçün döyüş meydanında vəziyyət əhəmiyyətli dərəcədə pisləşib - Ritter
Ukrayna ordusunun cəbhənin müxtəlif hissələrindən çıxarılması Kiyev üçün döyüş meydanında vəziyyətin əhəmiyyətli dərəcədə pisləşdiyini göstərir və bu, böyük strateji geri çəkilməyə çevrilə bilər. Bunu təqaüddə olan ABŞ Dəniz Kəşfiyyatı zabiti və hərbi analitik Skott Ritter deyir.
"Ukrayna geri çəkilirsə, deməli, vəziyyət həqiqətən də pisləşib. Geri çəkilməkdən bəhs etməyimizin özü ukraynalılar üçün vəziyyətin dəhşətli dərəcədə pisləşdiyini göstərir" - o deyib.
Ritterin fikrincə, Ukrayna Silahlı Qüvvələri cəbhə xəttini qorumaq üçün kifayət qədər qüvvəyə malik deyil və bu səbəbdən hətta ABŞ-ın son yardım paketi də döyüş meydanındakı vəziyyətə ciddi təsir göstərməyəcək.
Keçmiş kəşfiyyatçı hesab edir ki, Ukrayna ordusunun cəbhənin müxtəlif bölmələrində bir sıra taktiki geri çəkilmələri tədricən strateji geri çəkilməyə çevriləcək, bundan sonra Rusiya qoşunları Nikolayev və Odessa istiqamətində irəliləyəcək.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.