https://sputnik.az/20240818/baea-zaes-e-hucuma-beynelxalq-siyasi-qiymet-vermelidir---lixacev-466626603.html
Ukrayna SQ-nin hərəkətləri nüvə enerjisi sənayesinə düzəlməz ziyan vura bilər - Lixaçev
Ukrayna SQ-nin hərəkətləri nüvə enerjisi sənayesinə düzəlməz ziyan vura bilər - Lixaçev
Sputnik Azərbaycan
Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri MAQATE-nin nüvə təhlükəsizliyi ilə bağlı postulatlarını alt-üst edir. 18.08.2024, Sputnik Azərbaycan
2024-08-18T08:43+0400
2024-08-18T08:43+0400
2024-08-17T22:01+0400
rusiya
zaporojye
aes
beynəlxalq atom enerjisi agentliyi
beynəlxalq atom agentliyi
"rosatom"
maqate
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0b/449523089_0:194:3073:1922_1920x0_80_0_0_e60e086558ba8c5364522026f20895fa.jpg
BAKI, 18 avqust — Sputnik. Ukrayna ordusunun hərəkətləri bütün planetin nüvə enerjisinə düzəlməz ziyan vura bilər.Bunu “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev MAQATE-nin baş direktoru Rafael Qrossi ilə telefon danışığı zamanı deyib.O qeyd edib ki, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin Kursk və Zaporojye atom elektrik stansiyalarına qarşı təxribat hazırlaması ilə bağlı mesajların və siqnalların sayı bir neçə dəfə artıb.Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri MAQATE-nin nüvə təhlükəsizliyi ilə bağlı postulatlarını alt-üst edir.Lixaçev, həmçinin Qrossini yaxın vaxtlarda Kursk AES-ə və stansiya ətrafındakı vəziyyətə şəxsən baxmaq üçün Kurçatova baş çəkməyə dəvət edib.12.08.24, 19:03BAEA ZAES-ə hücuma beynəlxalq siyasi qiymət verməlidir - LixaçevRusiya Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA-red.) Ukrayna Silahlı Qüvvələrinin Zaporojye AES-ə endirdiyi zərbələrin yolverilməzliyini bəyan etməklə kifayətlənməməyə, buna beynəlxalq siyasi qiymət verməyə çağırır. Bunu "Rosatom" dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev bəyan edib. Rosatom-un məlumatına görə, avqustun 11-də saat 20.20 və 20.32-də Zaporojye Atom Elektrik Stansiyasının iki soyuducu qülləsindən biri Ukraynanın hücum PUA-ları tərəfindən iki dəfə vurulub, nəticədə daxili strukturlarda yanğın baş verib. Dövlət Korporasiyasından verilən məlumata görə, saat 23.30-da əsas yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb. Rusiya BAEA-nı insidentlə bağlı məlumatlandırıb. "Biz BAEA rəhbərliyinin ilk reaksiyasını görürük, lakin biz onları bu cür hərəkətlərin yolverilməzliyini bəyan etməklə kifayətlənməməyə çağırırıq", Lixaçov vurğulayıb. "Biz hücumu sadəcə təxribat kimi deyil, infrastrukturun təhlükəsizliyinə məqsədyönlü hücum kimi qiymətləndiririk. Həm soyutma qülləsi, həm də su soyutma sistemləri nüvə enerjisi obyektinin təhlükəsizliyinin əsas elementləridir. Onlara çox ciddi ziyan dəyib", baş direktor qeyd edib. Zaporojye AES Enerqodarda yerləşir və ümumi gücü 6 QVt olan 6 enerji blokundan ibarətdir. Bu, Avropanın ən böyük atom elektrik stansiyasıdır. 2022-ci ilin fevral ayının sonunda obyekt Rusiya qüvvələri tərəfindən nəzarətə götürülüb. O vaxtdan bəri Ukrayna ordusunun bölmələri pilotsuz uçuş aparatları, ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən istifadə etməklə vaxtaşırı həm Enerqodarın yaşayış məntəqələrini, həm də Zaporojye Atom Elektrik Stansiyasının ərazisini atəşə tutub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0b/449523089_108:0:2839:2048_1920x0_80_0_0_0438136da633ee496ded5fbd5dbe2996.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zaporojye, aes, beynəlxalq atom enerjisi agentliyi, beynəlxalq atom agentliyi, "rosatom", maqate
zaporojye, aes, beynəlxalq atom enerjisi agentliyi, beynəlxalq atom agentliyi, "rosatom", maqate
Ukrayna SQ-nin hərəkətləri nüvə enerjisi sənayesinə düzəlməz ziyan vura bilər - Lixaçev
Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri MAQATE-nin nüvə təhlükəsizliyi ilə bağlı postulatlarını alt-üst edir.
BAKI, 18 avqust — Sputnik. Ukrayna ordusunun hərəkətləri bütün planetin nüvə enerjisinə düzəlməz ziyan vura bilər.
Bunu “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev MAQATE-nin baş direktoru Rafael Qrossi ilə telefon danışığı zamanı deyib.
O qeyd edib ki, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin Kursk və Zaporojye atom elektrik stansiyalarına qarşı təxribat hazırlaması ilə bağlı mesajların və siqnalların sayı bir neçə dəfə artıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri MAQATE-nin nüvə təhlükəsizliyi ilə bağlı postulatlarını alt-üst edir.
Lixaçev, həmçinin Qrossini yaxın vaxtlarda Kursk AES-ə və stansiya ətrafındakı vəziyyətə şəxsən baxmaq üçün Kurçatova baş çəkməyə dəvət edib.
BAEA ZAES-ə hücuma beynəlxalq siyasi qiymət verməlidir - Lixaçev
Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA-red.) Ukrayna Silahlı Qüvvələrinin Zaporojye AES-ə endirdiyi zərbələrin yolverilməzliyini bəyan etməklə kifayətlənməməyə, buna beynəlxalq siyasi qiymət verməyə çağırır. Bunu "Rosatom" dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev bəyan edib.
Rosatom-un məlumatına görə, avqustun 11-də saat 20.20 və 20.32-də Zaporojye Atom Elektrik Stansiyasının iki soyuducu qülləsindən biri Ukraynanın hücum PUA-ları tərəfindən iki dəfə vurulub, nəticədə daxili strukturlarda yanğın baş verib. Dövlət Korporasiyasından verilən məlumata görə, saat 23.30-da əsas yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb.
Rusiya BAEA-nı insidentlə bağlı məlumatlandırıb.
"Biz BAEA rəhbərliyinin ilk reaksiyasını görürük, lakin biz onları bu cür hərəkətlərin yolverilməzliyini bəyan etməklə kifayətlənməməyə çağırırıq", Lixaçov vurğulayıb.
"Biz hücumu sadəcə təxribat kimi deyil, infrastrukturun təhlükəsizliyinə məqsədyönlü hücum kimi qiymətləndiririk. Həm soyutma qülləsi, həm də su soyutma sistemləri nüvə enerjisi obyektinin təhlükəsizliyinin əsas elementləridir. Onlara çox ciddi ziyan dəyib", baş direktor qeyd edib.
Zaporojye AES Enerqodarda yerləşir və ümumi gücü 6 QVt olan 6 enerji blokundan ibarətdir. Bu, Avropanın ən böyük atom elektrik stansiyasıdır. 2022-ci ilin fevral ayının sonunda obyekt Rusiya qüvvələri tərəfindən nəzarətə götürülüb. O vaxtdan bəri Ukrayna ordusunun bölmələri pilotsuz uçuş aparatları, ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən istifadə etməklə vaxtaşırı həm Enerqodarın yaşayış məntəqələrini, həm də Zaporojye Atom Elektrik Stansiyasının ərazisini atəşə tutub.