Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Xəzəryanı Dövlətlərin İnformasiya Agentlikləri Alyansının təsis konfransı Moskvada olacaq

© AFP 2024 / KIRILL KUDRYAVTSEVВид на Кремль, фото из архива
Вид на Кремль, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.08.2024
Abunə olmaq
Təklifi İRNA, AZƏRTAC və “Kazinform” agentliklərinin nümayəndələri dəstəkləyib.
BAKI, 17 avqust - Sputnik. Bu ilin sentyabrında Rusiyanın paytaxtı Moskvada Xəzəryanı ölkələrin informasiya agentlikləri alyansının təsis konfransı keçiriləcək .
Bu barədə TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman IX Xəzər Media Forumu çərçivəsində “Xəzəryanı ölkələrin informasiya agentlikləri nümayəndələrinin görüşü” sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təklifi İRNA, AZƏRTAC və “Kazinform” agentliklərinin nümayəndələri dəstəkləyib.
“İndiyədək dövlətlərimizin informasiya agentlikləri ikitərəfli formatda əməkdaşlıq edirdisə, indi biz faktiki olaraq vahid informasiya məkanı formatını həyata keçiririk. Moskvada, təsis konfransında biz bütün təşkilati və hüquqi məsələləri həll edəcəyik”, - Mixail Qusman vurğulayıb.
Xəzər media platforması məsələsinə gəlincə, o qeyd edib ki, bu format Xəzəryanı dövlətlərin informasiya resursları üçün açıq olmalıdır.
***
Həştərxan Media Forumu çərçivəsində Xəzəryanı ölkələr arasında informasiya mübadiləsinə dair razılaşmanın əldə olunması məsələsi müzakirə olunacaq.
“Bunu IX Xəzər Media Forumunda çıxış edən vilayətin vitse-qubernatoru Pavel Pautov deyib.
Öz növbəsində TASS İnformasiya Agentliyinin baş direktorun birinci müavini Mixail Qusman vurğulayıb ki, forumda Xəzəryanı Dövlətlərin İnformasiya Agentlikləri Alyansının yaradılması ilə bağlı müzakirələr də aparılacaq.
Forumda çıxış edən Azərbaycan mədəniyyət nazirinin birinci müavini Fərid Cəfərov Heydər Əliyev Fondunun Həştərxan vilayətində həyata keçirdiyi layihələri qeyd edib: məktəblərin yenidən qurulması və genişləndirilməsi, parkların salınması və s.
O vurğulayıb ki, Həştərxan Forumu artıq doqquzuncu dəfə keçirilir və mövcud olduğu bütün dövr ərzində bu, dialoq platformasına çevrilib.
Azərbaycanın mədəni irsinə gəlincə, nazir müavini qeyd edib ki, Azərbaycan mədəniyyətinin 23 elementi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. O cümlədən onlardan 9-u Xəzəryanı ölkələrlə birgə daxil edilib:
“İndi Azərbaycanın mədəni inkişafı və mədəni irsinin qorunub saxlanması üçün əsas prioritet ölkənin işğaldan azad edilmiş ərazilərində mədəni irs abidələrinin bərpasıdır. Bu istiqamətdə fəal siyasət aparılır. Xüsusilə, artıq bir neçə ildir ki, Şuşada Xəzəryanı ölkələrin iştirak etdiyi Xarıbülbül festivalı keçirilir”.
O, həmçinin bildirib ki, su hövzələrində suyun səviyyəsinin qalxması, daşqınlar və ümumilikdə bu kimi təbii fəlakətlər mədəni irs üçün təhlükə yaradır: “Ona görə də belə fəlakətlərin qarşısının alınması üçün birgə tədbirlərin həyata keçirilməsi vacibdir”.
Forumun plenar iclasında çıxış edən “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov da öz növbəsində forumun mədəni dialoqun inkişafı üçün əhəmiyyətini vurğulayıb. O, həmçinin bildirib ki, Rusiya Xəzəryanı dövlətlərin vətəndaşlarına dövlət kvotasına uyğun olaraq öz ali məktəblərində təhsil almaq imkanı yaradır. Eyni zamanda, bu kvota üzrə Azərbaycandan hər il 270 ölkə vətəndaşı Rusiya ali məktəblərinə daxil olur.
Media forumunun plenar iclasında Rusiya Prezidentinin Cənub Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Anton Kalinin, Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Bella Çerkesova, İranın Rusiyadakı səfiri Kazem Cəlali, Qazaxıstanın Atırau vilayətinin aparat rəhbəri Nurlıbek Jenisbekuli, Türkmənistanın Televiziya, Radio verilişləri və Kinematoqrafiya üzrə Dövlət Komitəsinin Danışıqlar şöbəsinin baş redaktoru Mekan Xudayberdiyev və başqaları çıxış ediblər.
Media forum çərçivəsində “Mədəniyyətlərin dialoqu və dialoq mədəniyyəti”, “Kino universal ünsiyyət dili kimi”, “İncəsənət və mediada rəqəmsal texnologiyalar”, “Avrasiya məkanında mədəni-tarixi birlik” mövzularında müzakirələr aparılacaq. Həmçinin, “Araşdırma jurnalistikası” mövzusunda ustad dərsi keçiriləcək.
Həştərxanda “Xəzər bu gün” media platforması təqdim olunub
Rusiya Federasiyasının Həştərxan şəhərinin qubernatoru səlahiyyətlərini icra edən Pavel Pautov Xəzər Media Forumunda “Xəzər bu gün” informasiya məzmun-platformasını təqdim edib.
Media platforması informasiya qıtlığını aradan qaldırmağa və onun əlçatanlığını artırmağa kömək edəcək.
“İlk növbədə, qlobal informasiya müharibəsi şəraitində böyük həcmdə düşmənçilik xarakterli məzmunun və açıq-aşkar saxta məlumatların yayılmasına qarşı çıxmaq, etibarlı informasiyanı geniş auditoriyaya çatdırmaq lazımdır. Bununla əlaqədar olaraq, biz “Xəzər bu gün” beynəlxalq Xəzər media platformasının layihəsini təqdim etmək və region ölkələrindən jurnalistləri onun işində iştiraka dəvət etmək istəyirik. İnanırıq ki, jurnalistlər, iş adamları və tələbələr üçün uyğunlaşdırılmış bu vahid məzmun platforması informasiya çatışmazlığını aradan qaldırmağa və onun əlçatanlığını artırmağa kömək edəcək” - P.Pautov bildirib.
Onun sözlərinə görə, platforma altı dildə, o cümlədən Azərbaycan, qazax, türkmən və ingilis dillərində xəbərlərə baxmağa imkan verəcək.
Qeyd edək ki, Xəzər Media Forumunda ümumilikdə 120-yə yaxın xarici qonaq iştirak edir. Nümayəndə heyətlərinin tərkibində həm dövlət orqanlarının nümayəndələri, həm də Xəzəryanı ölkələrin KİV rəhbərləri təmsil olunur.
Bu il Xəzər Media Forumu doqquzuncu dəfə keçirilir. Tədbir "Mədəniyyətlərin dialoqu Xəzər regionunun inkişafının əsası kimi" mövzusunda keçirilir.
Xəbər lenti
0