https://sputnik.az/20240816/xhe-suminin-taktiki-ani-hucumu-usq-nin-kutlevi-mezarina-cevrilir-466699913.html
XHƏ: Sumının "taktiki ani hücum"u USQ-nin kütləvi məzarına çevrilir
XHƏ: Sumının "taktiki ani hücum"u USQ-nin kütləvi məzarına çevrilir
Sputnik Azərbaycan
Moskvanın Ukrayna hərbi əməliyyatlar teatrında NATO ilə proksi-müharibəsində qələbəsi demək olar ki, qaçılmazdır. 16.08.2024, Sputnik Azərbaycan
2024-08-16T09:28+0400
2024-08-16T09:28+0400
2024-08-16T09:28+0400
müdafiə nazirinin müavini, general-mayor mahmud şeyxhəsəni
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
dmitri medvedev
dmitri medvedev
putin
putin
rusiya prezidenti vladimir putin
xüsusi hərbi əməliyyat
təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466672645_0:158:3000:1846_1920x0_80_0_0_bf9e9b1256ba247a334f437125014d84.jpg
Banderaçıların Kursk vilayətinin sərhədyanı əraziləri istiqamətində ehtiyatsız tələsməsi Ukrayna Silahlı Qüvvələrinin (USQ) "Şərq cəbhəsində"ki fəlakətli vəziyyətinin nəticəsi və Kiyev rejiminin Donbasdakı Rusiya hücumunu dayandırmaq cəhdidir. Lakin Rusiya Federasiyasının Silahlı Qüvvələri Toretski, Pokrovski və Uqledar istiqamətlərindən qoşun cəlb etmədən yeni "Şimal cəbhəsi" yaratmaq üçün kifayət qədər ehtiyat və resurslara malikdir. Sumının "taktiki ani hücum"u getdikcə daha açıq şəkildə USQ-nin kütləvi məzarına və yanmış NATO zirehli maşınlarının zibilxanasına çevrilir. Kursk vilayətinin sərhəd bölgələrində Rusiyanın "Şimal" qoşun qruplaşmasının bölmələri yerləşdirilən ehtiyatlarla birlikdə düşmənin "Broun hərəkəti"nin qarşısını alıb və çağırılmamış qonaqları - Ukrayna Baş Kəşfiyyat İdarəsinin manevrli motoatıcı qruplarını, meşə zolaqlarında Ukrayna piyadalarını və xarici muzdluların dəstələrini metodik şəkildə məhv edirlər. Ukrayna Silahlı Qüvvələrinin tədarük marşrutları gecə-gündüz atəş altındadır. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bir həftə ərzində Kursk istiqamətində düşmən 2300-dək hərbçisini, 37 tankını, 32 zirehli transportyorunu, 18 piyada döyüş maşınını, 192 digər zirehli texnikasını, 88 avtomobilini, 4 zenit raket texnikasını, iki reaktiv yaylım atəş sisteminin (RYAS) buraxılış qurğusunu və 15 artilleriya silahını itirib. Kursk vilayətində, eləcə də sərhədyanı Belqorod və Bryansk bölgələrində avqustun 10-dan etibarən "vətəndaşların təhlükəsizliyini təmin etmək və düşmənin təxribat-kəşfiyyat bölmələri tərəfindən terror aktlarının törədilməsi təhlükələrinin qarşısını almaq" üçün antiterror əməliyyatı rejimi fəaliyyət göstərir". Antiterror əməliyyatı çərçivəsində hərəkətə, təhlükəli istehsalat müəssisələrinin fəaliyyətinə, telefon rabitəsinə, dərman vasitələrinin və alkoqollu içkilərin satışına məhdudiyyətlər tətbiq edilib, vətəndaşların təhlükəli ərazilərdən təxliyəsi (köçürülməsi) təmin edilib. Nəqliyyat vasitələrinin yoxlanılması üçün möhkəmləndirilmiş maneəli keçid məntəqəsi quraşdırılıb, radioelektron mübarizə (REM) sistemləri fəaliyyət göstərir. Rusiya qoşunları dinc əhali üçün həddən artıq risk olmadan düşməni daha səmərəli məhv etmək imkanı əldə ediblər. Döyüşlər gecə-gündüz davam edir. Banderaçılar vurulmuş texnikanı və ölənlərin cəsədlərini döyüş meydanında ataraq geri çəkilirlər. Kursk vilayətində "Şimal" qrupu aviasiya, PUA-lar və artilleriya zərbələri ilə son 24 saat ərzində Skrılyovka, Levşinka, Semenovka, Alekseyevska, Kamışnı ərazilərində Ukrayna Silahlı Qüvvələrinin mobil qruplarınının yarmaq cəhdlərininin qarşısını alıb (sərhəddən maksimum məsafə təxminən 30 km). Martınovka kəndi ərazisində (sərhəddən 27 km aralı) pikaplarda düşmənin iki qrupu aşkar edilərək məhv edilib. Rusiya Müdafiə Nazirliyinin məlumatı Malaya Loknya, Martınovka və Ulanok yaşayış məntəqələrində ələ keçirilən Ukrayna Silahlı Qüvvələrinin 80-ci və 82-ci desant-hücum briqadalarının əsir götürülən hərbçilərinin videosu ilə təsdiqlənir. Qeyd etmək lazımdır ki, coğrafiya "cəbhə xəttini" deyil, düşmənin təxribat fəaliyyətinin qarşısının alınmasının yerli nöqtələrini əks etdirir. Rusiya ilə müharibə etməkdən daha axmaq bir şey yoxdur "Axmat" xüsusi təyinatlı qüvvələrinin komandiri Aptı Alaudinov dünən bildirib ki, USQ-nin bölmələri Sudjaya nəzarət etmir. O, həmçinin avqustun 11-dək Kurçatovdakı AES-i ələ keçirməyi planlaşdırmaqla Rusiyaya ultimatum tələbləri irəli sürən Ukrayna Baş Qərargahının açıq-aşkar uğursuz əməliyyatının təfərrüatlarını açıqlayıb. Burada Rusiya atasözünü xatırlamaq yerinə düşər: "Axmaq xəyallarla zənginləşir", lakin Alaudinov bunu özünəməxsus şəkildə ifadə edib: "Allah bu insanların ağllarını itirmələri üçün hər şeyi edib, onların hamısı bir yerə toplaşaraq onları məhv etdiyimiz yerə gəliblər və beləliklə bu müharibəni başa vurduq". Kursk vilayətinin qubernatorunun müşaviri Roman Alexin də vəziyyətin stabilləşdiyini qeyd edib - USQ hər gün iki elit döyüşçünü, hər bir sərhəd kəndindən 25-30 texnikanı itirir. Üstəlik, Rusiya ordusu heç kimin itkiləri saymadığı Sumi bölgəsində düşmənin qüvvələrinə və vasitələrinə metodik olaraq raket-bombalı zərbələri endirir. Qərbdə heç kim illüziyalara qapılmır: "Ukrayna Silahlı Qüvvələrinin irəliləməsi əngəllənib". "The New York Times" qəzeti Ukrayna əməliyyatını böyük avantüra adlandırıb, çünki Rusiya bütün cəbhə xəttində üstünlük təşkil edir, USQ-nin ehtiyatları isə artıq tükənib. "Reuters" agentliyi "Kursk bölgəsinə gözlənilməz hücumu" Rusiya qüvvələrini Donbasdakı əsas hücumdan yayındırmaq cəhdi kimi qiymətləndirib, lakin "Rusiya Pokrovski istiqamətində hücumunu gücləndirir". "Bloomberg" xəbər verir ki, Kiyev Rusiya ərazisinə hücum əməliyyatına görə ABŞ və Avropa İttifaqından (Aİ) əvvəlcədən "xeyir-dua" alıb, lakin Vaşinqton nəzərəçarpacaq dərəcədə uzaqlaşır, yəni o, ciddi nəticələrdən qorxur. İngiltərənin "Financial Times" qəzeti yazıb ki, Qərblə birbaşa hərbi münaqişə yaranarsa, Rusiya Hərbi Dəniz Qüvvələri NATO-nun Avropadakı obyektlərini yüzlərlə nüvə başlığı ilə məhv etməyə hazırlaşır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bütün ehtiyatları və diqqəti Sumi avantürasına yönəldiyi halda, "Şərq cəbhəsi"ndə vəziyyət gündən-günə pisləşir. Xüsusi hərbi əməliyyatın (XHƏ) Kursk epizodu Donbasdakı Rusiya qoşunlarını heç də "yavaşlatmayıb", əksinə, Rusiya Silahlı Qüvvələri hücumun sürətini bir yarım dəfə artırıb. Onlar Nyu-Yorku (Novqorodskoye) demək olar ki, azad ediblər, Toretskə giriblər və Pokrovska doğru irəliləyirlər (digər yaşayış məntəqələrini nəzərə almadan). Çasov Yar yaxınlığındakı Rusiya qoşunlarının "Cənub" qruplaşması Qriqoryevka istiqamətində xeyli irəliləyib. Severski istiqamətində uğurlar var. Donetskdə Rusiya bölmələri Yasnobrodovkanı azad edərək Karlovka su anbarının Karlovka ilə əks sahilində möhkəmləniblər. Pokrovskoye istiqamətində hücum qrupları Lisiçnoyeni azad ediblər. Krasnoqorovkada şəhər məhəllələrinə nəzarət yaradılıb, İvanovka, Sergeyevka, Makeyevka, Kirovo, Artyomovo və Jelannoye yaşayış məntəqələrinin banderaçılardan təmizlənməsi başa çatdırılıb. Uqledar istiqamətində nəzarət zonası genişləndirilib, mühüm Konstantinovka-Uqledar avtomobil yolu nəzarət altına götürülüb. Ukrayna Silahlı Qüvvələrinin böyük canlı qüvvəsi və zirehli texnikası itkilərinə əlavə olaraq, Ukrayna hərbi əməliyyatlar teatrında bir neçə gün ərzində "Patriot" zenit raket kompleksinin (ZRK) daha üç batareyası və S-300PT ZRK-nin üç buraxılış qurğusu darmadağın edilib, məhv edilmiş M1A1 "Abrams" tanklarının siyahısı yenilənib, aviabazalar və Ukrayna ordusunun qalan qırıcıları sarsıdılıb. Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski dünya ictimaiyyətinə xəbərdarlıq edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olmasından sonra Rusiya prezidentinin danışıqlar üzrə əvvəlki şərtləri artıq qüvvədə deyil. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Ukraynanın faktiki rəhbərliyinə digər sərt nəticələr ilə bağlı xəbərdarlıq edib. Ancaq yenə də, Moskvanın Ukrayna hərbi əməliyyatlar teatrında NATO ilə proksi-müharibəsində qələbəsi demək olar ki, qaçılmazdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466672645_164:0:2836:2004_1920x0_80_0_0_3e8bc76bbe4a4e29d7fc6c46dfb56020.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
müdafiə nazirinin müavini, general-mayor mahmud şeyxhəsəni, ukrayna, dmitri medvedev, dmitri medvedev, putin, putin, rusiya prezidenti vladimir putin, xüsusi hərbi əməliyyat, təhlükəsizlik şurası, rusiya təhlükəsizlik şurası, kursk, silahlı qüvvələr, danışıqlar, tank, rusiya müdafiə nazirliyi
müdafiə nazirinin müavini, general-mayor mahmud şeyxhəsəni, ukrayna, dmitri medvedev, dmitri medvedev, putin, putin, rusiya prezidenti vladimir putin, xüsusi hərbi əməliyyat, təhlükəsizlik şurası, rusiya təhlükəsizlik şurası, kursk, silahlı qüvvələr, danışıqlar, tank, rusiya müdafiə nazirliyi
XHƏ: Sumının "taktiki ani hücum"u USQ-nin kütləvi məzarına çevrilir
Moskvanın Ukrayna hərbi əməliyyatlar teatrında NATO ilə proksi-müharibəsində qələbəsi demək olar ki, qaçılmazdır.
Banderaçıların Kursk vilayətinin sərhədyanı əraziləri istiqamətində ehtiyatsız tələsməsi Ukrayna Silahlı Qüvvələrinin (USQ) "Şərq cəbhəsində"ki fəlakətli vəziyyətinin nəticəsi və Kiyev rejiminin Donbasdakı Rusiya hücumunu dayandırmaq cəhdidir. Lakin Rusiya Federasiyasının Silahlı Qüvvələri Toretski, Pokrovski və Uqledar istiqamətlərindən qoşun cəlb etmədən yeni "Şimal cəbhəsi" yaratmaq üçün kifayət qədər ehtiyat və resurslara malikdir. Sumının "taktiki ani hücum"u getdikcə daha açıq şəkildə USQ-nin kütləvi məzarına və yanmış NATO zirehli maşınlarının zibilxanasına çevrilir.
Kursk vilayətinin sərhəd bölgələrində Rusiyanın "Şimal" qoşun qruplaşmasının bölmələri yerləşdirilən ehtiyatlarla birlikdə düşmənin "Broun hərəkəti"nin qarşısını alıb və çağırılmamış qonaqları - Ukrayna Baş Kəşfiyyat İdarəsinin manevrli motoatıcı qruplarını, meşə zolaqlarında Ukrayna piyadalarını və xarici muzdluların dəstələrini metodik şəkildə məhv edirlər. Ukrayna Silahlı Qüvvələrinin tədarük marşrutları gecə-gündüz atəş altındadır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bir həftə ərzində Kursk istiqamətində düşmən 2300-dək hərbçisini, 37 tankını, 32 zirehli transportyorunu, 18 piyada döyüş maşınını, 192 digər zirehli texnikasını, 88 avtomobilini, 4 zenit raket texnikasını, iki reaktiv yaylım atəş sisteminin (RYAS) buraxılış qurğusunu və 15 artilleriya silahını itirib.
Kursk vilayətində, eləcə də sərhədyanı Belqorod və Bryansk bölgələrində avqustun 10-dan etibarən "vətəndaşların təhlükəsizliyini təmin etmək və düşmənin təxribat-kəşfiyyat bölmələri tərəfindən terror aktlarının törədilməsi təhlükələrinin qarşısını almaq" üçün antiterror əməliyyatı rejimi fəaliyyət göstərir". Antiterror əməliyyatı çərçivəsində hərəkətə, təhlükəli istehsalat müəssisələrinin fəaliyyətinə, telefon rabitəsinə, dərman vasitələrinin və alkoqollu içkilərin satışına məhdudiyyətlər tətbiq edilib, vətəndaşların təhlükəli ərazilərdən təxliyəsi (köçürülməsi) təmin edilib. Nəqliyyat vasitələrinin yoxlanılması üçün möhkəmləndirilmiş maneəli keçid məntəqəsi quraşdırılıb, radioelektron mübarizə (REM) sistemləri fəaliyyət göstərir. Rusiya qoşunları dinc əhali üçün həddən artıq risk olmadan düşməni daha səmərəli məhv etmək imkanı əldə ediblər. Döyüşlər gecə-gündüz davam edir. Banderaçılar vurulmuş texnikanı və ölənlərin cəsədlərini döyüş meydanında ataraq geri çəkilirlər.
Kursk vilayətində "Şimal" qrupu aviasiya, PUA-lar və artilleriya zərbələri ilə son 24 saat ərzində Skrılyovka, Levşinka, Semenovka, Alekseyevska, Kamışnı ərazilərində Ukrayna Silahlı Qüvvələrinin mobil qruplarınının yarmaq cəhdlərininin qarşısını alıb (sərhəddən maksimum məsafə təxminən 30 km). Martınovka kəndi ərazisində (sərhəddən 27 km aralı) pikaplarda düşmənin iki qrupu aşkar edilərək məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatı Malaya Loknya, Martınovka və Ulanok yaşayış məntəqələrində ələ keçirilən Ukrayna Silahlı Qüvvələrinin 80-ci və 82-ci desant-hücum briqadalarının əsir götürülən hərbçilərinin videosu ilə təsdiqlənir. Qeyd etmək lazımdır ki, coğrafiya "cəbhə xəttini" deyil, düşmənin təxribat fəaliyyətinin qarşısının alınmasının yerli nöqtələrini əks etdirir.
Rusiya ilə müharibə etməkdən daha axmaq bir şey yoxdur
"Axmat" xüsusi təyinatlı qüvvələrinin komandiri Aptı Alaudinov dünən bildirib ki, USQ-nin bölmələri Sudjaya nəzarət etmir. O, həmçinin avqustun 11-dək Kurçatovdakı AES-i ələ keçirməyi planlaşdırmaqla Rusiyaya ultimatum tələbləri irəli sürən Ukrayna Baş Qərargahının açıq-aşkar uğursuz əməliyyatının təfərrüatlarını açıqlayıb. Burada Rusiya atasözünü xatırlamaq yerinə düşər: "Axmaq xəyallarla zənginləşir", lakin Alaudinov bunu özünəməxsus şəkildə ifadə edib: "Allah bu insanların ağllarını itirmələri üçün hər şeyi edib, onların hamısı bir yerə toplaşaraq onları məhv etdiyimiz yerə gəliblər və beləliklə bu müharibəni başa vurduq".
Kursk vilayətinin qubernatorunun müşaviri Roman Alexin də vəziyyətin stabilləşdiyini qeyd edib - USQ hər gün iki elit döyüşçünü, hər bir sərhəd kəndindən 25-30 texnikanı itirir. Üstəlik, Rusiya ordusu heç kimin itkiləri saymadığı Sumi bölgəsində düşmənin qüvvələrinə və vasitələrinə metodik olaraq raket-bombalı zərbələri endirir.
Qərbdə heç kim illüziyalara qapılmır: "Ukrayna Silahlı Qüvvələrinin irəliləməsi əngəllənib". "The New York Times" qəzeti Ukrayna əməliyyatını böyük avantüra adlandırıb, çünki Rusiya bütün cəbhə xəttində üstünlük təşkil edir, USQ-nin ehtiyatları isə artıq tükənib. "Reuters" agentliyi "Kursk bölgəsinə gözlənilməz hücumu" Rusiya qüvvələrini Donbasdakı əsas hücumdan yayındırmaq cəhdi kimi qiymətləndirib, lakin "Rusiya Pokrovski istiqamətində hücumunu gücləndirir".
"Bloomberg" xəbər verir ki, Kiyev Rusiya ərazisinə hücum əməliyyatına görə ABŞ və Avropa İttifaqından (Aİ) əvvəlcədən "xeyir-dua" alıb, lakin Vaşinqton nəzərəçarpacaq dərəcədə uzaqlaşır, yəni o, ciddi nəticələrdən qorxur. İngiltərənin "Financial Times" qəzeti yazıb ki, Qərblə birbaşa hərbi münaqişə yaranarsa, Rusiya Hərbi Dəniz Qüvvələri NATO-nun Avropadakı obyektlərini yüzlərlə nüvə başlığı ilə məhv etməyə hazırlaşır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bütün ehtiyatları və diqqəti Sumi avantürasına yönəldiyi halda, "Şərq cəbhəsi"ndə vəziyyət gündən-günə pisləşir. Xüsusi hərbi əməliyyatın (XHƏ) Kursk epizodu Donbasdakı Rusiya qoşunlarını heç də "yavaşlatmayıb", əksinə, Rusiya Silahlı Qüvvələri hücumun sürətini bir yarım dəfə artırıb. Onlar Nyu-Yorku (Novqorodskoye) demək olar ki, azad ediblər, Toretskə giriblər və Pokrovska doğru irəliləyirlər (digər yaşayış məntəqələrini nəzərə almadan).
Çasov Yar yaxınlığındakı Rusiya qoşunlarının "Cənub" qruplaşması Qriqoryevka istiqamətində xeyli irəliləyib. Severski istiqamətində uğurlar var. Donetskdə Rusiya bölmələri Yasnobrodovkanı azad edərək Karlovka su anbarının Karlovka ilə əks sahilində möhkəmləniblər.
Pokrovskoye istiqamətində hücum qrupları Lisiçnoyeni azad ediblər. Krasnoqorovkada şəhər məhəllələrinə nəzarət yaradılıb, İvanovka, Sergeyevka, Makeyevka, Kirovo, Artyomovo və Jelannoye yaşayış məntəqələrinin banderaçılardan təmizlənməsi başa çatdırılıb. Uqledar istiqamətində nəzarət zonası genişləndirilib, mühüm Konstantinovka-Uqledar avtomobil yolu nəzarət altına götürülüb. Ukrayna Silahlı Qüvvələrinin böyük canlı qüvvəsi və zirehli texnikası itkilərinə əlavə olaraq, Ukrayna hərbi əməliyyatlar teatrında bir neçə gün ərzində "Patriot" zenit raket kompleksinin (ZRK) daha üç batareyası və S-300PT ZRK-nin üç buraxılış qurğusu darmadağın edilib, məhv edilmiş M1A1 "Abrams" tanklarının siyahısı yenilənib, aviabazalar və Ukrayna ordusunun qalan qırıcıları sarsıdılıb.
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski dünya ictimaiyyətinə xəbərdarlıq edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olmasından sonra Rusiya prezidentinin danışıqlar üzrə əvvəlki şərtləri artıq qüvvədə deyil. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Ukraynanın faktiki rəhbərliyinə digər sərt nəticələr ilə bağlı xəbərdarlıq edib.
Ancaq yenə də, Moskvanın Ukrayna hərbi əməliyyatlar teatrında NATO ilə proksi-müharibəsində qələbəsi demək olar ki, qaçılmazdır.