https://sputnik.az/20240816/rusiyaya-hucum-ukrayna-silahli-quvvelerinin-veziyyetini-daha-da-pislesdire-biler---kv-466721530.html
Rusiyaya hücum Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini daha da pisləşdirə bilər - KİV
Rusiyaya hücum Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini daha da pisləşdirə bilər - KİV
Sputnik Azərbaycan
"Wall Street Journal"ın məlumatına görə, Kiyev qüvvələrini şərq cəbhəsindən Kursk bölgəsinə köçürür və bölmələri daha da çətin vəziyyətdə qoyur. 16.08.2024, Sputnik Azərbaycan
2024-08-16T22:50+0400
2024-08-16T22:50+0400
2024-08-16T22:50+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
the wall street journal
hücum
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466672558_0:160:3072:1888_1920x0_80_0_0_4141050ce807129f88323075341fe466.jpg
BAKI, 16 avqust — Sputnik. Ukrayna hərbçiləri arasında kadr çatışmazlığı fonunda Kursk vilayətinə hücum cəbhənin digər sektorlarında Ukrayna Silahlı Qüvvələri üçün onsuz da pis olan vəziyyəti daha da pisləşdirə bilər. Bu barədə "Wall Street Journal" yazıb. Nəşr qeyd edir ki, Kursk vilayətinə hücum Ukrayna Silahlı Qüvvələri üçün onsuz da pis vəziyyəti pisləşdirmək riski daşıyır. Ötən həftə Krasnoqorovka bölgəsində olan Ukrayna Silahlı Qüvvələrinin 21-ci batalyonunun komandiri nəşrə deyib: "İşimizi lazımınca yerinə yetirmək üçün kifayət qədər kadrlarımız yoxdur". O, gileylənib ki, batalyonun itkilərinin 20%-ə yaxınını səfərbərliklə gələnlər ödəyib. Bundan əlavə, o, əsgərlərin yorulduğunu bildirib. "Wall Street Journal"ın məlumatına görə, Kiyev qüvvələrini şərq cəbhəsindən Kursk bölgəsinə köçürür və bölmələri daha da çətin vəziyyətdə qoyur. Digər bölgələrdəki ukraynalı komandirlərin artilleriya sursatları və şəxsi heyət çatışmazlığından şikayətləndiyi bildirilir. Onun sözlərinə görə, adam çatışmazlığı səbəbindən arxa cəbhədəki şəxsi heyət səngərlərə göndərilməyə məcburdur. Nəşr qeyd edir ki, digər istiqamətlərdə hərbi kadr çatışmazlığını nəzərə alaraq, Ukrayna hərbçiləri Kursk bölgəsinə hücumun özünü doğruldacağına şübhə edir. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, avqustun 6-da səhər saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib, onların irəliləməsinin qarşsı alınıb. O, Kursk vilayətində əməliyyatın düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışı ilə yekunlaşacağını vurğulayıb. Rusiya Müdafiə Nazirliyinin avqustun 15-də verdiyi məlumata görə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 2640-a qədər hərbi qulluqçu və 37 tank itirib. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev rejimi təxribata əl atıb və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açır. Putin bildirib ki, düşmən layiqli cavabını alacaq, Rusiyanın qarşısında duran bütün məqsədlərə nail olunacaq. Kurskda, həmçinin Belqorod və Bryansk vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Antiterror Əməliyat Rejimi tətbiq olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466672558_171:0:2902:2048_1920x0_80_0_0_bb51de44d57060fc399d36bdc2a97416.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, the wall street journal, hücum, rusiya
ukrayna, the wall street journal, hücum, rusiya
Rusiyaya hücum Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini daha da pisləşdirə bilər - KİV
"Wall Street Journal"ın məlumatına görə, Kiyev qüvvələrini şərq cəbhəsindən Kursk bölgəsinə köçürür və bölmələri daha da çətin vəziyyətdə qoyur.
BAKI, 16 avqust — Sputnik. Ukrayna hərbçiləri arasında kadr çatışmazlığı fonunda Kursk vilayətinə hücum cəbhənin digər sektorlarında Ukrayna Silahlı Qüvvələri üçün onsuz da pis olan vəziyyəti daha da pisləşdirə bilər. Bu barədə "Wall Street Journal" yazıb.
Nəşr qeyd edir ki, Kursk vilayətinə hücum Ukrayna Silahlı Qüvvələri üçün onsuz da pis vəziyyəti pisləşdirmək riski daşıyır.
Ötən həftə Krasnoqorovka bölgəsində olan Ukrayna Silahlı Qüvvələrinin 21-ci batalyonunun komandiri nəşrə deyib: "İşimizi lazımınca yerinə yetirmək üçün kifayət qədər kadrlarımız yoxdur".
O, gileylənib ki, batalyonun itkilərinin 20%-ə yaxınını səfərbərliklə gələnlər ödəyib. Bundan əlavə, o, əsgərlərin yorulduğunu bildirib.
"Wall Street Journal"ın məlumatına görə, Kiyev qüvvələrini şərq cəbhəsindən Kursk bölgəsinə köçürür və bölmələri daha da çətin vəziyyətdə qoyur.
Digər bölgələrdəki ukraynalı komandirlərin artilleriya sursatları və şəxsi heyət çatışmazlığından şikayətləndiyi bildirilir.
"Bir mövqedə beş və ya altı nəfərimiz olmalıdırsa, iki və ya üç nəfərimiz olacaq", - USQ konadirlərindən biri deyib.
Onun sözlərinə görə, adam çatışmazlığı səbəbindən arxa cəbhədəki şəxsi heyət səngərlərə göndərilməyə məcburdur.
Nəşr qeyd edir ki, digər istiqamətlərdə hərbi kadr çatışmazlığını nəzərə alaraq, Ukrayna hərbçiləri Kursk bölgəsinə hücumun özünü doğruldacağına şübhə edir.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, avqustun 6-da səhər saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib, onların irəliləməsinin qarşsı alınıb.
O, Kursk vilayətində əməliyyatın düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışı ilə yekunlaşacağını vurğulayıb. Rusiya Müdafiə Nazirliyinin avqustun 15-də verdiyi məlumata görə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 2640-a qədər hərbi qulluqçu və 37 tank itirib.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev rejimi təxribata əl atıb və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açır. Putin bildirib ki, düşmən layiqli cavabını alacaq, Rusiyanın qarşısında duran bütün məqsədlərə nail olunacaq.
Kurskda, həmçinin Belqorod və Bryansk vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Antiterror Əməliyat Rejimi tətbiq olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.