https://sputnik.az/20240816/psixiatriya-xestexanasinda-mualice-alan-sexse-kim-hucum-edib---dn-aciqladi-466721289.html
Psixiatriya xəstəxanasında müalicə alan şəxsə kim hücum edib? - DİN açıqladı
Psixiatriya xəstəxanasında müalicə alan şəxsə kim hücum edib? - DİN açıqladı
Sputnik Azərbaycan
Elkin Kərimli qeyd edib ki, atası iki gün əvvəl təcili yardımla xəstəxanaya aparılıb, orada da döyüblər. 16.08.2024, Sputnik Azərbaycan
2024-08-16T12:44+0400
2024-08-16T12:44+0400
2024-08-16T12:44+0400
məhkəmə psixiatriya ekspert komissiyası
paytaxt xəbərləri
maştağa
psixiatrik xəstəxana
təcili yardım
xəstə
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426709768_0:0:3053:1717_1920x0_80_0_0_c374145a0aa39366ba14a5d3c6660cc8.jpg
BAKI, 16 avqust — Sputnik. Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən xüsusi təyinatlı tibb müəssisəsində müalicə alan şəxsin xəsarətlər alması ilə bağlı araşdırmalar davam etdirilir. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək. Qeyd edək ki, sosial şəbəkələrdə Elkin Kərimli adlı istifadəçi atası olduğunu bildirdiyi şəxsin görüntülərini yayıb. O, iddia edib ki, atasını 1 saylı Maştağa Psixiatriya xəstəxanasında ölümcül döyüblər:Elkin Kərimli onu da qeyd edib ki, atası iki gün əvvəl təcili yardımla xəstəxanaya aparılıb, orada da döyüblər:"Həkim də bu səhər mənə yığır ki, gəl, atanın vəziyyəti pisdir, "skoru" çağırmışıq gəlib aparmırlar, "skoru" deyir ki, xəstə ölür, evə getsin. Belə şey olar? Saat 17:00 kimi atam orada o vəziyyətdə qalıb, həkim müdaxiləsi olmayıb, oturub gözləmişik ki, kimsə gəlib atamı aparacaq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426709768_106:0:2837:2048_1920x0_80_0_0_53aa0102d3affc8524ce6e611ca97fc4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə psixiatriya ekspert komissiyası, maştağa, psixiatrik xəstəxana, təcili yardım, xəstə
məhkəmə psixiatriya ekspert komissiyası, maştağa, psixiatrik xəstəxana, təcili yardım, xəstə
Psixiatriya xəstəxanasında müalicə alan şəxsə kim hücum edib? - DİN açıqladı
Elkin Kərimli qeyd edib ki, atası iki gün əvvəl təcili yardımla xəstəxanaya aparılıb, orada da döyüblər.
BAKI, 16 avqust — Sputnik. Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən xüsusi təyinatlı tibb müəssisəsində müalicə alan şəxsin xəsarətlər alması ilə bağlı araşdırmalar davam etdirilir. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Elkin Kərimli adlı istifadəçi atası olduğunu bildirdiyi şəxsin görüntülərini yayıb.
O, iddia edib ki, atasını 1 saylı Maştağa Psixiatriya xəstəxanasında ölümcül döyüblər:
"Bir ağıllı çıxıb izah eləsin ki, gecə növbəsində bu hadisəni bir nəfər görüb, eşidən olmayıb? O qədər polis mühafizəsi, sıravi mühafizə, tibb bacıları, sanitarkalar, biri görmədi, eşitmədi?".
Elkin Kərimli onu da qeyd edib ki, atası iki gün əvvəl təcili yardımla xəstəxanaya aparılıb, orada da döyüblər:
"Həkim də bu səhər mənə yığır ki, gəl, atanın vəziyyəti pisdir, "skoru" çağırmışıq gəlib aparmırlar, "skoru" deyir ki, xəstə ölür, evə getsin. Belə şey olar? Saat 17:00 kimi atam orada o vəziyyətdə qalıb, həkim müdaxiləsi olmayıb, oturub gözləmişik ki, kimsə gəlib atamı aparacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.