Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: "Qərb "Şimal axını"ndakı terror aktlarına görə məsuliyyətdən azad olmaq istəyir

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.08.2024
Abunə olmaq
Bir gün əvvəl "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenski "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərini partlatmaq planını şəxsən təsdiqləyib.
BAKI, 15 avqust — Sputnik. Qərb ölkələri məsuliyyətdən xilas olmaq üçün "Şimal axını"nda törədilən terror aktını hadisədən iki il sonra araşdırmağa başlayıb. Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Qərbin vəzifəsi "Şimal axını"nda törədilən terror aktına görə məsuliyyətdən yayınmaqdır", o deyib.
Bir gün əvvəl "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenski "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərini partlatmaq planını şəxsən təsdiqləyib. Qəzetin yazdığına görə, əməliyyat kiçik yaxtadan, həmçinin bir neçə dalğıcdan istifadə edilməklə planlaşdırılıb, onların arasında qadın da olub. Mənbə qeyd edir ki, Zelenski bu planı təsdiqləyib. Amma ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bundan xəbər tutanda Ukrayna lideri əməliyyatın ləğv olunduğunu bildirib.
Qaz kəmərlərində partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç məqsədyönlü təxribat ehtimalını istisna etmirlər. Nord Stream operatoru Nord Stream AG misli görünməmiş dağıntılar olub və Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş başladıb. Rusiya Federasiyası dəfələrlə partlayışlarla bağlı məlumat tələb etsə də, heç bir cavab almayıb.
Xəbər lenti
0