https://sputnik.az/20240815/rusiyaya-qarsi-sanksiyalar-kipr-vetendaslarinin-maraqlarina-zerbe-vurub---rusiya-xn-466699067.html
Rusiyaya qarşı sanksiyalar Kipr vətəndaşlarının maraqlarına zərbə vurub - Rusiya XİN
Rusiyaya qarşı sanksiyalar Kipr vətəndaşlarının maraqlarına zərbə vurub - Rusiya XİN
Sputnik Azərbaycan
Bu gün "biznesin müntəzəm sahibkarlıq fəaliyyəti yoxlanılarkən əsassız, çox vaxt isə absurd tələblər irəli sürülür", bank və bir çox digər sahələrdə Rusiya... 15.08.2024, Sputnik Azərbaycan
2024-08-15T13:55+0400
2024-08-15T13:55+0400
2024-08-15T14:28+0400
rusiya xin
rusiya
abş
abş
sanksiyalar
sanksiyalar
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_0:0:3640:2048_1920x0_80_0_0_2c693dd1c0c0c79ea4c1e5f8437ee984.jpg
BAKI, 15 avqust — Sputnik. Anti-Rusiya sanksiyaları kiprlilərin maraqlarına zərbə vurub. Bunu Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson "RİA Novosti"yə müsahibəsində bəyan edib. "Son illərdə Rusiya-Kipr münasibətləri, o cümlədən onların iqtisadi seqmenti düşünmədən və əsassız olaraq ən ciddi ziyana məruz qalıb. Qanunsuz sanksiyalar nəticəsində vicdanlı biznes subyektləri zərər çəkiblər. Özü də həm rusiyalıların, həm də kiprlilərin maraqlarına zərbə dəyib. Uzunmüddətli qarşılıqlı faydalı əlaqələr ya məhv edilib, ya da ciddi şəkildə zədələnib" - Pilipson bildirib. Onun sözlərinə görə, bu gün "biznesin müntəzəm sahibkarlıq fəaliyyəti yoxlanılarkən əsassız, çox vaxt isə absurd tələblər irəli sürülür", bank və bir çox digər sahələrdə Rusiya Federasiyasına qarşı ayrı-seçkilik müşahidə olunur. "Aydındır ki, bu xətt Brüsseldən, Vaşinqtondan və Londondan icad edilib və diktə olunur. O, işgüzar ictimaiyyətdə qurulmuş qaydaları və normaları pozur, Qərb ölkələrinin özlərinin və onların iqtisadçılarının maraqlarına ziyan vurur, bizim Nikosiya qarşısında qoyduğumuz ədalətli suallara səbəb olur"- Pilipson sözünü yekunlaşdırıb. Bundan əvvəl ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının nəticə vermədiyi və Rusiya iqtisadiyyatını ancaq gücləndirdiyi barədə məlumat verilmişdi.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_370:0:3101:2048_1920x0_80_0_0_2e89c8729993d0d753d3d95fe89af791.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya xin, abş, abş, sanksiyalar, sanksiyalar
rusiya xin, abş, abş, sanksiyalar, sanksiyalar
Rusiyaya qarşı sanksiyalar Kipr vətəndaşlarının maraqlarına zərbə vurub - Rusiya XİN
13:55 15.08.2024 (Yenilənib: 14:28 15.08.2024) Bu gün "biznesin müntəzəm sahibkarlıq fəaliyyəti yoxlanılarkən əsassız, çox vaxt isə absurd tələblər irəli sürülür", bank və bir çox digər sahələrdə Rusiya Federasiyasına qarşı ayrı-seçkilik müşahidə olunur.
BAKI, 15 avqust — Sputnik. Anti-Rusiya sanksiyaları kiprlilərin maraqlarına zərbə vurub.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson "RİA Novosti"yə müsahibəsində bəyan edib.
"Son illərdə Rusiya-Kipr münasibətləri, o cümlədən onların iqtisadi seqmenti düşünmədən və əsassız olaraq ən ciddi ziyana məruz qalıb. Qanunsuz sanksiyalar nəticəsində vicdanlı biznes subyektləri zərər çəkiblər. Özü də həm rusiyalıların, həm də kiprlilərin maraqlarına zərbə dəyib. Uzunmüddətli qarşılıqlı faydalı əlaqələr ya məhv edilib, ya da ciddi şəkildə zədələnib" - Pilipson bildirib.
Onun sözlərinə görə, bu gün "biznesin müntəzəm sahibkarlıq fəaliyyəti yoxlanılarkən əsassız, çox vaxt isə absurd tələblər irəli sürülür", bank və bir çox digər sahələrdə Rusiya Federasiyasına qarşı ayrı-seçkilik müşahidə olunur.
"Aydındır ki, bu xətt Brüsseldən, Vaşinqtondan və Londondan icad edilib və diktə olunur. O, işgüzar ictimaiyyətdə qurulmuş qaydaları və normaları pozur, Qərb ölkələrinin özlərinin və onların iqtisadçılarının maraqlarına ziyan vurur, bizim Nikosiya qarşısında qoyduğumuz ədalətli suallara səbəb olur"- Pilipson sözünü yekunlaşdırıb.
Bundan əvvəl ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının nəticə vermədiyi və Rusiya iqtisadiyyatını ancaq gücləndirdiyi barədə məlumat verilmişdi.