https://sputnik.az/20240814/rusiya-umid-edir-ki-bmt-nin-kursk-vilayetine-giris-xahisi-tamasa-deyil-466669510.html
Rusiya ümid edir ki, BMT-nin Kursk vilayətinə giriş xahişi tamaşa deyil
Rusiya ümid edir ki, BMT-nin Kursk vilayətinə giriş xahişi tamaşa deyil
Sputnik Azərbaycan
BMT Rusiyadan Ukrayna hərbçiləri tərəfindən insan hüquqlarının pozulması iddialarını yoxlamaq üçün Kursk vilayətinə giriş icazəsi istəyib. 14.08.2024, Sputnik Azərbaycan
2024-08-14T16:01+0400
2024-08-14T16:01+0400
2024-08-14T16:01+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya
mariya zaxarova
kursk
vladimir putin
rusiya prezidenti vladimir putin
belqorod vilayəti
valeri gerasimov
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463060938_0:178:3008:1870_1920x0_80_0_0_6befe712bead2a466ff547148fb2385f.jpg
BAKI, 14 avqust — Sputnik. Rusiya tərəfi ümid etmək istərdi ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Kursk vilayətinə giriş xahişi tamaşa deyil. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) Rusiyadan Ukrayna hərbçiləri tərəfindən insan hüquqlarının pozulması iddialarını yoxlamaq üçün Kursk vilayətinə giriş icazəsi istəyib. "Mən həqiqətən ümid etmək istəyirəm ki, onların dedikləri məsuliyyətdən boyun qaçırmaq istəyi deyil" - Zaxarova deyib. Avqustun 6-da səhər saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib, onların irəliləməsi dayandırılıb, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib. O, Kursk vilayətində əməliyyatın düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışı ilə yekunlaşacağını vurğulayıb. Rusiya Müdafiə Nazirliyinin avqustun 13-də verdiyi məlumata görə, Kursk istiqamətində gedən bütün döyüşlər zamanı Ukrayna qoşunları 2030-dan çox hərbi qulluqçu, 35 tank və 31 zirehli transportyor itirib. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev rejimi təxribata əl atıb və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açır. Putin bildirib ki, düşmən layiqli cavabını alacaq, Rusiyanın qarşısında duran bütün məqsədlərə nail olunacaq. Kurskda, həmçinin Belqorod və Bryansk vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Antiterror Əməliyyat Rejimi tətbiq olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463060938_139:0:2870:2048_1920x0_80_0_0_3bea5627725bf48e5177c722e87636f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, kursk, vladimir putin, rusiya prezidenti vladimir putin, belqorod vilayəti, valeri gerasimov
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, kursk, vladimir putin, rusiya prezidenti vladimir putin, belqorod vilayəti, valeri gerasimov
Rusiya ümid edir ki, BMT-nin Kursk vilayətinə giriş xahişi tamaşa deyil
BMT Rusiyadan Ukrayna hərbçiləri tərəfindən insan hüquqlarının pozulması iddialarını yoxlamaq üçün Kursk vilayətinə giriş icazəsi istəyib.
BAKI, 14 avqust — Sputnik. Rusiya tərəfi ümid etmək istərdi ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Kursk vilayətinə giriş xahişi tamaşa deyil. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) Rusiyadan Ukrayna hərbçiləri tərəfindən insan hüquqlarının pozulması iddialarını yoxlamaq üçün Kursk vilayətinə giriş icazəsi istəyib.
"Mən həqiqətən ümid etmək istəyirəm ki, onların dedikləri məsuliyyətdən boyun qaçırmaq istəyi deyil" - Zaxarova deyib.
Avqustun 6-da səhər saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib, onların irəliləməsi dayandırılıb, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib. O, Kursk vilayətində əməliyyatın düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışı ilə yekunlaşacağını vurğulayıb.
Rusiya Müdafiə Nazirliyinin avqustun 13-də verdiyi məlumata görə, Kursk istiqamətində gedən bütün döyüşlər zamanı Ukrayna qoşunları 2030-dan çox hərbi qulluqçu, 35 tank və 31 zirehli transportyor itirib.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyev rejimi təxribata əl atıb və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açır. Putin bildirib ki, düşmən layiqli cavabını alacaq, Rusiyanın qarşısında duran bütün məqsədlərə nail olunacaq.
Kurskda, həmçinin Belqorod və Bryansk vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Antiterror Əməliyyat Rejimi tətbiq olunur.